Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Ölkəmizdə bu qadağanın müddəti 2 ay uzadıldı

Ölkəmizdə bu qadağanın müddəti 2 ay uzadıldı

Yeni koronavirusla (2019-nCoV) mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) Azərbaycan Respublikasının ərazisindən aparılmasının məhdudlaşdırılamasına dair müddət daha 2 ay uzadılıb.

Nazirlər Kabineti bununla bağlı Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında 14 fevral 2020-ci il tarixli qərarında dəyişiklik edib.

Bu müddət mayın 1-dən  iyulun 1-dək uzadılıb.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …