Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / “Ölkədə xarici kəşfiyyatın əlaltısına çevrilən təhlükəli dini şəbəkə formalaşıb” – Seyid Camal Əzimbəyli

“Ölkədə xarici kəşfiyyatın əlaltısına çevrilən təhlükəli dini şəbəkə formalaşıb” – Seyid Camal Əzimbəyli

“İllərlə həm Azərbaycanın dini mühitində boşluğun baş verməsi, həm də müəyyən bir zaman kəsiyində Azərbaycan dövlətinin milli təhlükəsizliyinə cavabdeh olan qurumun, habelə aidiyyəti üzrə kəşfiyyat orqanlarının zəif çalışması nəticəsində ölkəmizdə dövlətçiliyimizin ziddinə din adı altında qurulan və xarici kəşfiyyat orqanlarının əlaltısına çevrilən təhlükəli bir şəbəkə formalaşıb”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında şərqşünas, “Qarabağ Seyid Ocaqları”nın rəhbəri Seyid Camal Əzimbəyli deyib.

O, İran agentura şəbəkəsinə işləməkdə şübhəli bilinən şəxslərinin ifşasında çoxunun din xadimi olmasından, habelə dində Vətənə xəyanətin cəzasından söz açıb: 

“Şükürlər olsun ki, artıq DTX, xüsusilə də Əli Nağıyev bu vəzifəyə təyin olunduqdan sonra İran agentlərinin ifşası prosesi sürətlənməyə başlayıb. Mən bunu şərqşünas, bir araşdırmaçı, eləcə də dini mühitlə çalışan bir ziyalı kimi deyirəm və bunu deməkdən də qürur duyuram.

O ki qaldı sevgili peyğəmbərimizə, o vaxtı Məhəmməd peyğəmbər buyurmuşdu ki, “Vətəni sevmək imandandır”. Əgər Vətənə, dövlətə və bayrağa din adı altında iddia edib xəyanət edirlərsə, bu, ən böyük günahdır. Çünki biz dünyəvi ölkə olsaq da, milli-mənəvi və dini dəyərlərimizin əsl təminatçısı Azərbaycan dövlətidir. Xüsusilə də dövlətimizin dinə qayğısı olduğu bir halda da dinin gətirdiyi qaydaları guya mənimsəyən, din sevdalısı olduğunu bildirən insanlar və qruplar, habelə Azərbaycanın maraqlarını başqa dövlətin maraqlarına satanlar ən böyük xəyanətkar və xainlərdir. Belə kəslərin zərərsizləşdirilməsi də olduqca zəruridir, hələ bir az gecikmişik də”. 

İlahiyyatçı söyləyib ki, Vətənin, dövlətin milli mənafeləri və torpaqlarımız uğrunda minlərlə canlarımız fəda olub:

“Ortada bir örnək var. Onların mütləq əksəriyyəti dininə, dövlətinə, bayrağına və mənəvi dəyərlərinə bağlı olub. Din adına iddia edən bu insanların etdiyi hərəkətlərə baxanda görürük ki, bu, ən böyük günahdır. Çünki həm Qurani-Kərimin hökmlərinə, həm Allahın buyurduqlarına, həm də hədislərin işığına boylandıqda həqiqətən də Vətənini və dövləti sevməyin bir iman, şərəf və ləyaqət məsələsini olduğunu görürük”. 

Onun sözlərinə görə, bəzi insanlar bunu Azərbaycanda Əhli-Beyt sevənlərə qarşı bir səlib yürüşü kimi qiymətləndirməyə çalışırlar:

“Amma Azərbaycanda ən böyük mərkəzlərindən birinə çevrilən “Qarabağ Seyid Ocaqları”nın rəhbəri olaraq bəyan etmək istəyirəm ki, Azərbaycanda peyğəmbər və Əhli-Beyt irsinin təminatçısı Qarabağın fatehi İlham Əliyev cənablarının özüdür. Çünki ermənilərin girov saxladığı, zəbt etdiyi, mal-donuz tövləsinə çevirdiyi Əhli-Beyt yurdunu bu gün laləzara çevirən İlham Əliyevdir. Bu gün həmin məscidləri bərpa edib orada namazların qılınmasına şərait yaradan dünyəvi ölkə başçısı İlham Əliyevdir. Konkret olaraq, Vətənini və dövlətini satanlar bizdən ola bilməz. 

Bu gün xəbər saytlarımız çalışmalıdır ki, Azərbaycanın milli mənafelərinin düşünməyən insanları ekspert kimi formalaşdırıb cəmiyyətə sırımasın. Azərbaycan İlahiyyat İnstitutunda milli məfkurəyə malik potensial kadrlar var. Biz kənar təsirlərdən xilas olmaq üçün bunları etməliyik”.

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …