Azərbaycanda əmək qabiliyyətli yaşda ölənlərin böyük əksəriyyəti kişilərdir.
Azinforum.az Trend-ə istinadən xəbər verir ki, əmək qabiliyyətli yaşda ölənlər arasında kişilərin sayının çoxluq təşkil etməsi 1990-cı ildən sonrakı bütün illər ərzində müşahidə edilir.
1990-cı ildə əmək qabiliyyətli yaşda olan 11030 nəfər dünyasını dəyişib ki, onun 8280-i kişi, 2750-i qadın olub.
2017-ci ildə Azərbaycanda 17866 nəfər əmək qabiliyyətli yaşda olarkən dünyasını dəyişib ki, onların da 12767-i kişi, 5099-u qadın olub.
Qeyd edək ki, 1998-ci ilədək kişilər 16-59, qadınlar – 16-54 yaşda, 1998-ci ildə kişilər 16-60, qadınlar 16-55 yaşda, 1999-cu ildə kişilər 15-60, qadınlar 15-55 yaşda, 2000-2009-cu illərdə kişilər 15-61, qadınlar 15-56 yaşda olduqda əmək qabiliyyətli yaşda olmuş hesab ediliblər.
Sonrakı illərdə isə bu göstərici nisbətən dəyişib və 2017-ci ildə əmək qabiliyyətli dövr kişilər üçün 15-62,5, qadınlar üçün 15-59,5 yaş olub.