Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / Olimpiya çempionunun Qazaxıstana üz tutmasında Rəhim Qazıyev faktoru varmı?

Olimpiya çempionunun Qazaxıstana üz tutmasında Rəhim Qazıyev faktoru varmı?

Nicat ölkəmizin nicatı ola bilərdi

Nicat Əli oğlu Rəhimov Rioda keçirilən olimpiya oyunlarının qalibi oldu. Təəssüf ki, o, bu dəfə qələbəsini öz sevimli ölkəsinə-Azərbaycana həsr edə bilmədi. Nicatın mübarizəsini izləyən hər kəs hiss etdi ki, o, qələbəsinə, hətta dünya rekordu müəyyən etməsinə bir o qədər sevinmədi. Çünki, canından əziz Vətənini təmsil edə bilməmişdi. Ona bu imkanı yaratmaq istəməmişdilər.

O,dəfələrlə müxtəlif yarışlara hazırlaşsa da, Azərbaycan Ağır Atletika Federasiyasının rəhbərliyi Nicatın öz gücünü sınamasına imkan verməmişdi. İndi Nicatın ölkəmizi guya tərk etməsi barədə müxtəlif münasibətlər bildirilir. Guya bolqar məşqiçi Vanevlə yola getməyib, federasiya rəhbərliyinin şərtlərini yerinə yetirməyib. Cəfəngiyyatdır hamısı… Nicat sadəcə ölkəmizdə bəzi məmurların, guya ölkə rəhbərliyinin xoşuna gəlmək üçün apardıqları düşük, cılız siyasətin qurbanı olaraq ölkəsini tərk etmək məcburiyyətində qaldı. Bəli, atasına-bir zamanlar Azərbaycanın uğurları naminə ağır yüklərin altına girmiş Əli Rəhimova çörək bişirən adı qoydular. Harınlamış federasiya rəhbərliyi üçün çörəkbişirənlik aşağılıq sayılırmış.

Ancaq təhqir olunmanın, Nicata olan ögeyliyin səbəbi tam başqa imiş. Veteran idmançı Əli Rəhimov 1992-93-cü illərdə könüllü olaraq Qarabağ ugrunda döyüşlərə qatılmış, müəyyən zaman kəsiyində isə həmin dövrün Müdafiə naziri olmuş Rəhim Qazıyevin köməkçisi vəzifəsində çalışmışdır. Baxın, bu imiş gənc, perspektivli idmançının Vətənindən didərgin salınmasına səbəb, bəhanə… Belə bir cılız yanaşma olmasaydı, Nicat olimpiadada Azərbaycanın nicatı ola bilərdi…

Baş verənlərə münasibət bildirən CANP sədri Ramiz Tağıyev gecəyarısında Nicatın çıxışını izlədiyini söylədi: ”Nicat fantastik rekorda imza atdı. Bütün hallarda onunla qürur duydum. Əlbəttə, Nicatın Azərbaycan bayrağı altında mübarizə aparmasını çox istərdim. Təəssüf edirəm ki,ona bu imkanı vermədilər. İnanıram ki, atasına görə… Biz illərdir eyni situasiyanı yaşayırıq. Nə yazıq ki, övladlarımız da hər an qadağaların əzabını yaşayırlar. Nədi günahımız, axı? Əgər Vətəni çox sevmək, onun müstəqilliyi, torpaqları uğrunda mübarizə aparmaq qəbahət sayılırsa, onda bizim günahımız çoxdu. Gördünüz, Türkiyədə nələr baş verdi. Vətənlərinin dar günündə hər kəs, hətta iqtidarla müxalifət bir yumruq kimi birləşdi. Azalın prezidenti Cahangir Əsgərov belə vətənpərvərlikdən bir şey anlamaz. Məhz həmin səbəbdən də vətənpərvərlərə, hətta onların övladlarına nifrətlə yanaşırlar. Nicat da belə nifrət səbəbindən Vətənini tərk etmək məcburiyyətində qalıb.”  (milletim.info)

Həmçinin oxuyun

Polisə: “Yazma, bunu burax”, – deyən şəxs başını bəlaya saldı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtın 20 Yanvar dairəsində və “Şamaxinka” adlanan ərazidə …

Bir cavab yazın