Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Olimpiya çempionu Elnur Məmmədli DİN sıralarından uzaqlaşdırıla bilər

Olimpiya çempionu Elnur Məmmədli DİN sıralarından uzaqlaşdırıla bilər

Cüdo üzrə olimpiya çempionu Elnur Məmmədli axşam.az saytına açıqlamasında DİN əməkdaşı olduğunu, eləcə də bizneslə məşğul olduğunu vurğulayıb: “2013-cü ildə ayağımdan zədə aldığım üçün idmanla vidalaşdım. Mən Daxili İşlər Nazirliyinin əməkdaşıyam. Həmçinin Cüdo Federasiyasında vitse-prezident vəzifəsində çalışıram. Yeni bir işlə məşğul olmaq istədim. Bu biznesə 7 ay əvvəl başlamışam. Bakıda «Nömrə 1″ adlı 6 supermarketim fəaliyyət göstərir. Nəqliyyat Nazirliyinin yaxınlığındakı sonuncu supermarket isə bunların içərisində ən böyüyüdür. Ümumilikdə 500 işçim var. Bu insanlar məndən maaş alıb, ailəsini saxlayır”.

 
E.Məmmədli açıqlamasında general olmaq arzusunu da dilə gətirib.
Maraqlıdır, qanun DİN sistemində xidmət edən şəxslərin bizneslə məşğul olmasına icazə verirmi? Vermirsə, o zaman E.Məmmədli biznes fəaliyyəti ilə hansı əsasla məşğul olur?
Bununla bağlı Moderator.az-a açıqlama verən hüquqşünas Əyyub Kərimov qanunun DİN əməkdaşlarına bizneslə məşğul olmağı yasaq etdiyini bildirib:

 
“Qanun polis əməkdaşlarına bizneslə məşğul olmağı qadağan edir. Bir şəxsin həm DİN sisteminə bağlı olması, həm də bizneslə məşğul olması mümkünsüzdür. Əgər E.Məmmədlinin 6 marketi varsa, o zaman polis rəisləri elə öz ərazilərində 16 market yarada bilər. İndi təsəvvür edin, market sahibi olan bir polis xidməti işi ilə məşğul olar, yoxsa şəxsi biznesin inkişafı ilə? Heç kim – hətta adi sahə müvəkkili də bizneslə məşğul ola bilməz. Qanun onlara bu səlahiyyəti vermir. Polis, prokurorluq, məhkəmə sistemində çalışan adamların heç biri biznes fəaliyyəti ilə məşğul ola bilməz. Bu cür insanları bəzi hallarda qanunları pozmağa sövq edən biznes fəaliyyəti olur. Kafesi, restoranı, marketi olan polis əməkdaşı cinayətkarlıqla necə mübarizə apara bilər? Polis elə bir peşə növüdür ki, bu sistemdə çalışanlar dövlətdən vəsait alır. Əgər kimsə bizneslə məşğul olmaq istəyirsə, o zaman gedib biznesi ilə məşğul olsun. Əgər E.Məmmədli DİN əməkdaşı ola-ola bizneslə məşğul olduğunu iddia edirsə, o polis sıralarında qala bilməz. Əgər onun dedikləri həqiqətdirsə, cənab nazir bundan xəbər tutan kimi, onu polis sıralarından xaric edəcək. R.Usubov onu bir gün də olsun polisdə saxlaya bilməz, saxlamayacaq və saxlaya bilməyəcək də. İnanmıram ki, R.Usubov bu faktı biləndən sonra onun orda qalmasına şərait yaratsın”.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …

Bir cavab yazın