Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / “Oğurlamaq imkanı olan hər kəs…” – Keçmiş deputatdan sərt sözlər

“Oğurlamaq imkanı olan hər kəs…” – Keçmiş deputatdan sərt sözlər

Müasir elm subut edir ki, insan fəaliyyəti ancaq iki qüvvə altında baş verir: mənafe və qorxu. Mənafe hər yerdə, hər kəsdə vardır. Təkcə Allahın mənafesi yoxdur. Başq sözlə insanda tamah var və bu tamah idarə olunmalıdır! Yeri gələndə ölüm hökümündən də istifadə edilə bilər.

İstəyirsinizsə ki, cəmiyyətdə nizam-intizam olsun, onda mənəvi və inzibatı qüvvələrdən istifadə edərək tamah idarə edilməlidir. Sovet dövründə bu inzibatı qüvvə qılıncdan kəsərli partiya büroları idi. Oğurlamaq imkanı olan hər kəs bürodan qorxurdu. Tamah dişinə dur deyirdi. Ondan əvvəlki dövrlərdə mənəvi güc olan “vicdan” kateqoriyası tamahı tənziməyirdi. İllər öncə yüksək mikrofondan eşitdik ki, “vicdan” da ölkəmizdə gücdən düşüb. Nəticədə general əsgər siqaretlərini öz xeyrinə satdırır.

Tələbəm Etibar Əliyevin DİM sədri Məleykə Abbaszadənin “Ali təhsil sistemi dəyişməlidir” tezisi  ilə bağlı yazdığı postunun altından mən də qol çəkirəm. Ancaq ələvəm də var. Ali məktəblərdə dəyşiliklərə ehtiyac yoxdur. Ali təhsilin qıçına vurulmuş buxov acılsa, ali təhsil düzələr. Buxovu açmaq lazımdır. Uzun illərdi deyirk ki, abituriyentlər test imtahanlarının nəticələrinə görə universitetləri özləri seçməlidir. Heç bir qurum (dövlət və ya qht) onları ali məktəblərə yerləşdirməməlidir. Liberal düşüncə bunu diktə edir. Belə olsa hər kəs istədiyi ixtisası seçər, istədiyi şəhərdə və universitetdə təhsil alar. Bu, buxovun birincisi. 

İkinci elmlər doktoru adı almaq üçün ikinci müdafiəyə ehtiyac yoxdur. Orta məktəbi bitirən, orta təhsilli, ali məktəbi bitirən ali təhsili olur. Elmi iş yazıb alim adını qazananda alimdir. Böyük alim adı almaq üçün əlavə müdafiəyə ehtiyac yoxdur. Professor adını universitetlər verməlidir. Bu da ikinci açılası buxov. 

Hesab edirəm ki, elm və təhsil sistemi inkişafını dayandıran bu iki buxov açılarsa, əlavə tədbirə ehtiyac qalmaz.

Şahlar Əsgərov
Əməkdar elm xadimi, professor

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …