Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / “Oğlumla birlikdə intihar etmək istədim” – Könül Xasıyeva

“Oğlumla birlikdə intihar etmək istədim” – Könül Xasıyeva

Xalq artisti Könül Xasıyeva “1 dəqiqə” proqramına qonaq olub.  

Unikal.org xəbər verir  ki, sənətçi  proqramda həyatı  ilə bağlı hər  kəsin təəccübünə səbəb  olan açıqlama verib.  Xanəndə oğlu Kazımla birlikdə intihar etmək istədiyini etiraf edib:

“Kazımla dənizə getdik, onu qoyub getməyəcəkdim. Çox şey var idi… Onda oğlumun 6-7 yaşı var idi. Dəmirin o tərəfinə keçdim, dənizə atılmaq istəyirdim. Şüurlu surətdə bunu etdim. Balamı qoyub gedə bilməzdim. Onunla birlikdə özümü öldürəcəkdim. Gördüm ki, mən ola-ola bu belədirsə, məndən sonra nə olacaq?! 14 ildir yatmıram, səhərə kimi Kazımın yanında oyaq otururam. Çünki gecə neçə dəfə qalxır, oturur. Dərmanlar içsə belə narahatdır”.  

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …