Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / “Oğlum bölməyə gedəndə yolda tutublar, cibindən narkotik çıxarıblar” – Video

“Oğlum bölməyə gedəndə yolda tutublar, cibindən narkotik çıxarıblar” – Video

“Kəlbətinlə üzünün tükünə qədər çəkiblər. İşgəncə veriblər. Bədənində ağrıyan yerləri var”.
Bunu Toplum TV-yə martın 4-də “Bravo” hipermarketində baş vermiş silahlı insidentə görə saxlanılan Azər Məmmədovun atası Ağasalim Məmmədov deyib.
O bildirib ki, oğlu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində (“Bandotdel”) işgəncələrə məruz qalıb:
“Vəkillə ayın 9-u müqavilə bağlamışam. Həmin gündən ayın 17-nə kimi vəkillə belə görüşməyə imkan verməyiblər”.
Ağasalam Məmmədov oğlunun qətlə yetirilən Ruhlan İsmayılovla aylar öncə iş prosesində tanış olduğunu, marketdəki silahlı basqınla əlaqəsi olmadığını deyib:
“Ayın 4-ü Ruhlan nə yollasa zəng edib onu Zığa çağırıb. Oğlum onu maşınıyla gətirib Tarqovıda düşürüb. Orda düşürüb iş yerinə gələn kimi də əməliyyatçılar oğlumu götürüb aparıblar. Onlar götürməmişdən əvvəl də oğluma 19-cu bölmədən zənglər gəlirmiş. 2-3 gün idi, ora çağırırmışlar. Mənə də demişdi ki, ata, məni 19-cu bölmədən incidirlər, çağırırlar, nə istəyirlər, bilmirəm, haqq istəyirlər, nə istəyirlər. Axırda da dedi ki, gödüm görüm məni niyə çağırırlar, nə istəyirlər. 19-cu bölmə də onun iş yerinə yaxındır. Piyada çıxıb ki ora getsin, yoldan götürüblər. Yəni bölməyə gedən bir adamın cibindən də narkotik çıxarıblar”.
Daxili İşlər Naziriliyindən bildirilib ki, səsləndirilən iddialar əsassızdır, həqiqətə uyğun deyil, müdafiə xarakteri daşıyır.
Qeyd edək ki, martın 4-də “Bravo” hipermarketdə baş vermiş silahlı insident zamanı 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Hücumu təşkil etməkdə təqsirləndirilən Ruhlan İsmayılov öldürüb, 3 nəfər saxlanılıb.

Həmçinin oxuyun

DTX 105 yaşında – VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. Azinforum.az xəbər verir ki, qurumun sosial …