Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / “Oğlanlarımız bu səbədən qız kimi böyüyür”

“Oğlanlarımız bu səbədən qız kimi böyüyür”

Bu gün məktəblədə kişi müəllimləri tapa bilmirik.

Bunu Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə deputat Tahir Kərimli deyib.

Deputat bildirib ki, kişi müəllimlərin sayı günü-gündən azalır: “Oğlanlarımız bu səbədən qız kimi böyüyür. Bəlkə burada problemləri axtaraq? Uşaqlarımız bəzən aqresiya ilə böyüyür. Digər tərəfdən Sovet dövrünün təhsil sistemini pisləyirik. Bir tələbə ilə danışırdım, 200 balla qəbul olub. Dedim, bu balı necə toplamısan, qayıdıb deyir ki, cavabları atdım, qəbul oldum. Dörd variant var, biri düz olacaq deyib, yalandan yazır və qəbul olur. Deyirsən, heç olmasa, bir şeir de, deyə bilmir. İndi bunun səbəblərini araşdırmaq lazımıdır”.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …