Ana səhifə / Cəmiyyət / “O vaxt müəllimlər pomidor, xiyar, kartof əkib becərirdi” – Deputat

“O vaxt müəllimlər pomidor, xiyar, kartof əkib becərirdi” – Deputat

“Azərbaycanda son 4 ildə mikro və orta sahibkarlığa imkan yaradılıb. Yetər ki, insanlar bu sahədə aktiv olsunlar”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib. 

“Dövlət buna hər cür şərait yaradıb və bütün süni formada olan problemlər yığışdırılıb. Ona görə də, istənilən işi vicdanla görəndə insanın qazancı da olur. Yəni, insanlar elə şəffaf işlər görməlidir ki, sabahları onun mənəvi və maddi əziyyətini çəkməsinlər. Buna görə də, regionlarda ilk öncə torpaq islahatı aparılmalıdır. Hələ Ulu Öndərin vaxtında o torpaq islahatından faydalanan on minlərlə vətəndaşlarımız olub. Bu gün rayonlarda elə təsərrüfatlar var ki, adam içəri girəndə ürəyi açılır. Yəni, insanlar istəsələr dolana bilərlər. Sovet vaxtı 3 sotu belə olan insanlar əkin-biçinlə məşğul olurdular. Təbii ki, kənd təsərrüfatı məhsulları ilə qismən də olsa ailələrini dolandırıblar. Lənkəranın özündə məktəb müəllimlərinin bağçaları var idi. Yadımdadır ki, o vaxtlar pomidor, xiyar, kartof əkib becərirdilər. Hətta narıngi, portağal, feyxoa, limonu Rusiyaya qatarla aparırdılar və kifayət qədər zənginləşib qayıdırdılar. Biz bunların hamısını görmüşük. Cavanlar əfsuslar olsun ki, gözünü açandan bazar iqtisadiyyatını görüblər”.

R.Quliyev qeyd edib ki, telekanallar da bu məsələlərə biganə yanaşırlar:

“Telekanallar bu tip məsələlərə biganə baxırlar. Bir çox telekanallar deyirlər ki, verilişin birinə 3-5 min pul ödəyirlər. Ancaq mən öz telekanalıma hər zaman fermerləri dəvət edirəm və bundan qazanmıram. Bir alim, vətəndaş, millət vəkili kimi belə verilişlər təşkil edirəm ki, sahibkarlar gəlib öz fəaliyyətlərindən danışsınlar. Saytlar da çalışmalıdır ki, belə fermerlərdən, sahibkarlardan verilişlər hazırlasınlar. Onlardan açıqlamaların alınması vacibdir  ki, insanlar görsünlər və inansınlar. Hesab edirəm ki, təbliğat və təşviqat işləri görülməlidir. Bu gün işıq ustası, qaz ustası, kompüter ustası və s. hamısı kifayət qədər pul qazanır. Mən də usta dəvət edirəm, bilirəm ki, onun qazancı nə qədərdir. Ona görə də, insanlar ilk növbədə istənilən işi işləməyə həvəs göstərməlidirlər”. 

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …