Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / “O sözə görə Hacıbaladan əl çəkməyəcəm”

“O sözə görə Hacıbaladan əl çəkməyəcəm”

“Koronavirusdan sağaldım. İndi Hacıbalayla mübarizəyə başlamışam. Artıq mətbuatda da çıxışlarım gedir. Hüquqşunaslarım da bildirir ki, buna görə Hacıbalaya 5 ildən 7 ilə kimi həbs düşür”.

 Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Şeyx Əbdül Bakının keçmiş meri Hacıbala Abutalıbovla aralarında olan problemi həll etməyə çalışdığını bildirib: “Koronavirusdan sağaldım. İndi Hacıbalayla mübarizəyə başlamışam. Artıq mətbuatda da çıxışlarım gedir. Hüquqşunaslarım da bildirir ki, buna görə Hacıbalaya 5 ildən 7 ilə kimi həbs düşür. Üç məhkəmə qətnaməsini 8 ildi ki, icra etmədi. Ya məni evlə təmin etməlidi, ya da pulunu verməlidir ki, ev alım. Mən Hacıbalaya demişəm ki, alma alıb türmədə sənə dəyməyə gələcəm. Ona hələ şans da vermişəm ki, gəlib məndən üzr istəsin. Çünki o, bir söz işlədim deyib ki, “Şeyx Əbdül artisti də, kimdi ki, mənə neyləyəcək”. O sözə görə ondan əl çəkməyəcəm. Mən Azərbaycanın Xalq artistiyəm və buna görə fəxr edirəm. Bəs sən kimsən? Mən haqqımı tələb edirəm. Məmurlar mənim evimi dağıdıblar. Dövlətin qanunu niyə icra olunmur? Əgər bu gün mənim kimi tanınmış adamın haqqı tapdanırsa, onda sadə camaat neyləsin?”.  Xalq artisti məmurlarla bağlı ciddi tədbir görülməsinin vacibliyini vurğulayıb: “Bu gün Azərbaycanda çox təəssüflər olsun ki, ağsaqqalından tutmuş gəncinə kimi bəzilərində mərkəzdən qaçmalar başlayıb. Atalar deyir ki, “iti ac saxlasan, başmağını yeyər”. Ona görə də cəmiyyətdə çox ciddi sürətdə milli-mənəvi dəyərləri qorumaq lazımdır. Məmurlar arasında çox ciddi sürətdə daranma getməlidir. Neçə vaxtdı apteklərin fəaliyyətindən dad edirdim. Artıq bir neçə baş həkim həbs edildi. Ölümlərin 90 faizini həkimlər edib. Elə bir fikir yaratmışdılar ki, xəstəxanaya getməsən, öləcəksən. Bu cür adamlar haqqında ciddi tədbirlər görülməlidir. Cəza kütləvi olmalıdır.  Ölkə başçısı özü deyir ki, xalq bu cür hallar olanda mənə məlumat versin. Özüm dəfələrlə ölkə başçısına məktubla müraciət etmişəm, amma heç biri prezidentə çatmayıb. Ona görə adamlar mətbuata üz tutur. Hər bir dövlət strukturunu yoxlamaq lazımdır. Bir idarədə bir tayfadan nə qədər adam işləyər. Sovet hökumətinin vaxtında vəzifəyə təyin olunan adamın bütün nəslini yoxlayırdılar. O vaxt kimisə vəzifəyə təyin edəndə sayılmış, seçilmiş insanlar ona zəmanət verirdi. Bəs bu gün o adamları təqdim edənlər kimlərdi? Xalqla işləmək lazımdır. Xalqla 44 günlük müharibədə bir olmağın xeyrini gördük. Müharibədən sonra xalq qapı arxasında qala bilməz axı”. 

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …