Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / “O, mənimlə bir gündə doğulduğu üçün demişdi ki, tüpürüm ad günümə…”

“O, mənimlə bir gündə doğulduğu üçün demişdi ki, tüpürüm ad günümə…”

“Əlbəttə, Vətən müharibəsində əldə etdiyimiz qələbəmiz məni təzədən dünyaya gətirdi. Otuz il idi ki, mən də içimdə susmuşdum, şeirlərimdə ağlaşma, sızıltı, həsrət, qubar, intizar motivləri görürdüm”.

Bunu Moderator.az-a açıqlamasında Filologiya elmləri doktoru, ədəbi tənqidçi Vaqif Yusifli deyib. V.Yusifli bu gün doğum gününü evdə keçirdiyini bildirib: “Təbrikiniz üçün çox sağ olun. Doğum günümü evdə keçirirəm, kitab oxuyuram. İndi pandemiyaya görə bir yerə getmək mümkün deyil. Amma kitablar mənim dostum, sirdaşımdı. 20 apreldə Məmməd Rahim, Çingiz Hüseynov, Rza Təhmasib və o cümlədən Qulu Ağsəs dünyaya gəlib. Q.Ağsəsin 20 aprellə bağlı zarafatyana yazdığı bir şeir var, orda deyir ki, “tüpürüm öz ad günümə”. Amma mən öz ad günümə tüpürmürəm. Bununla bağlı Quluyla da söhbət etmişəm. O, modern şairdi. Mən bütün 20 aprelçiləri, o cümlədən Qulunu, general Mais müəllimi ürəkdən təbrik edib, hamısına cansağlığı arzu edirəm. 

 Əlbəttə, Vətən müharibəsində əldə etdiyimiz qələbəmiz məni təzədən dünyaya gətirdi. Otuz il idi ki, mən də içimdə susmuşdum, şeirlərimdə ağlaşma, sızıltı, həsrət, qubar, intizar motivləri görürdüm. Amma indi poeziyanın da axarı dəyişib və bununla bağlı “Ədəbiyyat” qəzetində iki yazım çap olundu.  Poeziya susmur. Qələbə günlərində yazdığım şeirləri təhlil etmişdim. Ona görə 44 günlük qalibiyyətdən sonra ədəbiyyatımızın da, bizlərin də içində böyük bir nikbinlik yarandı”. 

Həmçinin oxuyun

Qızıl sürətlə bahalaşır – toylar azalacaq?

Bu həftə də qızılın qiymətləri yeni rekorda imza atıb. Yaxın Şərqdə artan geosiyasi gərginlik, İranın …