Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Nuridə Allahyarovanın sosial şəbəkədə statusu müzakirələrə səbəb oldu: “Açın sinənizi…”

Nuridə Allahyarovanın sosial şəbəkədə statusu müzakirələrə səbəb oldu: “Açın sinənizi…”

Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinə müvəqqəti müdir təyin olunan Nuridə Allahyarovanın “Facebook” statusu müzakirələrə səbəb olub.

Pravda.az-ın xəbərinə görə, o, paylaşımında “Dostlar, səhifəm bloka düşüb. Sizdən rica edirəm, ürək sözlərinizi şərh bölümünə yazın. Afaq Bəşirqızının tamaşada dediyi kimi: Açın sinənizi””

Onun bu paylaşımı tənqidlə qarşılanıb. Bildirilib ki, dövlət qurumunda çalışan şəxsin belə ritorikası düzgün deyil.

Qeyd edək ki, son günlər “Facebook” Azərbaycan seqmentində tanınmış şəxslərin profilləri naməlum səbəblərdən bloklanır. 

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …