Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Novruzda Azərbaycana hansı ölkələrdən turistlər gələcək?

Novruzda Azərbaycana hansı ölkələrdən turistlər gələcək?

“Bayram günlərində ölkəmizə turistlər əsasən İrandan gəlir”.

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyib.

“İkinci yerdə ərəb ölkələrindən gələn turistlərin sayı çoxluq təşkil edir. Daha sonra isə MDB ölkələrindən, xüsusən də Rusiyadan ölkəmizə çox sayda turist gəlir. Rusiyadan ölkəmizə gələnlər əsasən azərbaycanlılardır. Rusiyadan gələn turistlərin digərlərindən fərqi ondadır ki, onlar 90 gün ərzində vizasız yaşamaq hüququna malikdirlər. Buna əsasən Azərbaycana gələn turistləri 3 qrupa aid etmək olar. İrandan və ərəb ölkələrindən gələn turistlər əsasən Bakı şəhərinə təşrif buyurur. Ancaq MDB və Rusiyadan gələnlər isə daha çox regionlarda qeydiyyata düşürlər. Bu da martda Azərbaycana gələn miqrantların özəlliyidir” — deyə o bildirib.

Həmçinin oxuyun

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun …