Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Novator müəllim: “Mənə qarşı ittihamlar və iftiralar artır”

Novator müəllim: “Mənə qarşı ittihamlar və iftiralar artır”

Lənkəranın ucqar Gəgiran kəndində dərs deyən, kənd müəllimi olmasına baxmayaraq ölkəylə bir ad-sanı olan novator müəllim Həbib Əlizadə ünvanına səslənən iddialarla bağlı düşüncələrini sosial şəbəkədəki səhifəsində yazıb. 

“Mənə qarşı ittihamlar və iftiralar artır.

Mənə rəsmi olaraq bildirildi ki, məsələ araşdırılır. Təhsil Şöbəsi isə artıq problemin həll olduğunu dedi. Polis Şöbəsi isə izahat almadan belə şifahi halda məni yola saldı.

Ancaq iki gündür mənə qarşı sosial şəbəkələr, media vasitəsilə ittihamlar səsləndirilir.

Kimdir bu ittihamları səsləndirən? Məsələn, Aztəhsil portalının rəhbəri Elşən Qafarov. Bu adam Bakıda orta məktəbdə əxlaqsızlıq hərəkətlərinə görə direktorluqdan qovulub. Görün ki, kimlər yazır. Təmiz adamlar nəsə yazsa adam bu qədər təəssüflənməz.

Axı heç bir şagirddən pul yığılmayıb. Sadəcə, ideya olub. Az qala məni cinayətkar çıxaracaqlar?

Deyirlər, şou-reklam edir, öz mənfəəti üçün edir. Əgər belə idisə onda nə üçün mənə verilən hədiyyə maşını almadım, mənə təklif olunan vəzifəyə getmədim?

Bu gün Gəgiranda baş verən dəyişiklikləri qəbul etmək istəmirlərmi?

Mən nə etmişəmsə, icazə ilə və açıq ictimaiyyətlə paylaşaraq etmişəm. Hər şeyi şəffaf və açıq etmişəm. Bütün təndiqlərə hörmətlə yanaşıram. Amma axı açıq paylaşdığım məsələlərdə belə mənə iftira atmaq doğrumu? Yıxılana balta çalmaq üçün fürsətdir. Mənim itirəcəyim nə var ki? Sıravi bir kənd müəllimiyəm.

Bu gün yazanlar ömürlərində bircə dəfə Gəgiranda olubmu? Mən 3 ildir zülmlə gedib-gəlirəm. Gəlib görsünlər ki, necə yaddan çıxmış bir məmləkət. Mənə orda işləmək elə bilirsiz asandır? Çox ağırdır, çox ağır”.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …