Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Nizami Xudiyev koronavirusa yoluxub? (AÇIQLAMA)

Nizami Xudiyev koronavirusa yoluxub? (AÇIQLAMA)

Filologiya elmləri doktoru, professor Nizami Xudiyevin COVİD-19 pandemiyasına yayıldığı iddia olunur. İddialara görə, professor koronavirus infeksiyasına çətinliklə olsa da, qalib gələ bilib.
Modern.az səslənən iddialara cavab almaq üçün Nizami Xudiyevlə əlaqə saxlayıb. Professor açıqlamasında belə bir halın baş vermədiyini bildirib:
“Bilmirəm, bu yalanı kim yayıb?!  Kimin yaydığını bilsəm, ona nə deyəcəyimi yaxşı bilirəm. Koronavirusa yoluxmamışam”.
Nizami Xudiyev koronavirus pandemiyasının tüğyan etdiyi dönəmlərdə xəstələnmədiyini də deyib: “Heç qrip də olmamışam”.
Qeyd edək ki, Nizami Xudiyev O, 1994–1996-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, 1996-2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışıb. 1995-2010-cu illərdə (15 il) Milli Məclisin deputatı olub.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …