Ana səhifə / Cəmiyyət / Nizami Qocayev Ədliyyə Nazirliyinin rəhbərliyinə gətirilir

Nizami Qocayev Ədliyyə Nazirliyinin rəhbərliyinə gətirilir

Penitensiar Xidmətə yeni rəis təyin olunub. “Qafqazinfo” femida.az-a istinadən xəbər verir ki, bu vəzifəyə İsmayıllı rayon Polis Şöbəsinin rəisi Nizami Qocayev gətirilib.

Sayt daha sonra qeyd edir ki, şöbənin rəisi Nizami Qocayev xidmətdə olmanın son yaş həddi ilə bağlı tutduğu vəzifədən kənarlaşdırılıb.

Hazırda rəis müavini Şöhrət Kərimov icra edir.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın məşhur polis zabitlərindən olan Nizami Mehralı oğlu Qocayev 1955-ci ildə anadan olub.

Nizami Qocayev vaxtilə DİN-in İstintaq İdarəsinin rəisi olub. O, 1999-cu ildə bir sıra ağır cinayətlərdə ittiham olunaraq, həbs edilmişdi. Məhkəmə tərəfindən ona verilən cəzanın bir hissəsini çəkdikdən sonra dövlət başçısı tərəfindən əfv olunub.

Bəraət aldıqdan sonra isə yenidən daxili işlər orqanlarına bərpa edilib. Qocayevin son iş yeri isə İsmayıllı rayon polis şöbəsinin rəisi olub. Polis-polkovnikidir. Yeni vəzifəsi ilə o, həm də Ədliyyə nazirinin müavini postuna yiyələnmiş olur.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın