Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Nazirlikdə saxta diplom qalmaqalı – vəzifəli şəxslərdən birinin TQDK xəttilə ali məktəbə daxil olmadığı deyilir

Nazirlikdə saxta diplom qalmaqalı – vəzifəli şəxslərdən birinin TQDK xəttilə ali məktəbə daxil olmadığı deyilir

Son zamanlar saxta diplom problemi tez-tez müzakirə olunan mövzulardan birinə çevrilib. Ona sahib olmaqla hətta dövlət orqanlarında vəzifə əldə edənlər də var. Xəzər rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzində Ünvanlı Sosial yardım və sosial müavinətlər sektorunda çalışan əməkdaşlardan birinin də, saxta diploma yiyələnməklə asanlıqla dövlət qulluğuna yol tapa bildiyi deyilir.
Bu barədə Azinforum.az-a ünvanlanan şikayət məktubunda bildirilir.
Şikayətçi yazır ki, həmin şəxs güya Azərbaycan Beynəlxalq Universitetini bitirib:

“O, 1999 və ya 2000-ci ildə bal toplayaraq TQDK xətti ilə o ixtisasa qəbul olmayıb. Qohumunun Elşad Abdullayevlə olan münasibətlərindən istifadə edərək instituta qəbul edilib. Bu isə o deməkdir ki, ona ABU tərəfindən verilən diplom saxtadır. Nazirlik TQDK-ya sorğu göndərməklə bunu qısa bir vaxtda dəqiqləşdirə bilər. Yəqin bilirsiniz ki, Təhsil Nazirliyi saxta ABU diplomu olan 100-ə yaxın orta məktəbdə müəllim işləyənləri işdən azad edib. Prosedur çox asandır: TQDK-ya sorğu göndərilir, məsələn filankəs 1999-cu ildə TQDK xətti ilə universitetə qəbul olunub ya yox? onlar da bunu dərhal cavablandırırlar. O, sonra İqtisad Universitetində maliyyə-kredit ixtisası üzrə ixtisasartırmada təhsil alıb. İxtisasartırmada təhsil də o şəxslər ala bilirlər ki, onların ali təhsili olur. Həmin adamın da ali təhsil haqqında sənədi saxta olduğundan deməli onun ixtisasartırmada oxuması da qanunsuzdu.
İkinci bir məsələ. Sözügedən şəxs indiyə qədər test imtahanından keçməyib. Saxta yolla dövlət qulluğuna düzəlib…”

Azinforum.az qeyd edir ki, şikayətçi tərəfindən ünvanlanan yazıda bir çox qanunsuz mətləblərdən bəhs edilir. Şikayətdə barəsində bəhs edilən şəxsi konkret adı da göstərilir. Bəzi dəqiqləşdirmələri apardığımız üçün, biz hələlik ünvanlanan şikayəti zəruri redaktə ilə təqdim edirik. Təəssüflər olsun ki, bu faktlarla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlamaq cəhdlərmiz səmərə vermədiyi səbəbindən onların məsələyə münasibətini verə bilmirik. Qarş tərəfin də cavab haqqını tanıyırıq. Bizi izləyin…

Rovşən ƏLİ

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın