Ana səhifə / Cəmiyyət / Nazirlik videosu yayılan şagirdlə bağlı təkzib verdi

Nazirlik videosu yayılan şagirdlə bağlı təkzib verdi

Valideyn məktəb rəhbərliyi ilə birgə övladının digər ümumtəhsil müəssisəsində təhsilini davam etdirməsi üçün qərar qəbul edib. Hazırda şagirdə psixoloji yardım göstərilir.

Axar.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov 132-134 nömrəli Təhsil Kompleksində intim videosu yayılan 7-ci sinif şagirdi ilə bağlı açıqlamasında deyib.

C.Valehovun sözlərinə görə, sosial şəbəkələrdə baş verən hadisədən sonra şagirdlərin məktəbdən uzaqlaşdırılması ilə bağlı deyilənlər həqiqəti əks etdirmir:

“Son günlərdə sosial şəbəkələrdə yanlış olaraq belə xəbərlər yayılır ki, Bakı şəhərinin məktəblərinin birində baş verən məlum hadisədən sonra şagird məktəbdən uzaqlaşdırılıb. Ancaq bu məlumatın heç bir əsası yoxdur. Belə ki, valideyn məktəb rəhbərliyi ilə birgə övladının digər ümumtəhsil müəssisəsində təhsilini davam etdirməsi üçün qərar qəbul edib. Hazırda şagirdə psixoloji yardım göstərilir”.

C.Valehov bu məsələdə Kütləvi İnformasiya Vasitələrinin də diqqətli olmasını xahiş edirb:

“Bir daha KİV-də çalışan həmkarlardan, sosial şəbəkələrdə rəy bölüşən dostlardan xahişim budur ki, şagirdlərin yetkinlik yaşına catmadığını nəzərə alaraq məsələyə həssas yanaşsınlar”.

Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksiin 11-ci sinfində oxuyan R.C 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında intim əlaqədə olib və bunu telefona çəkərək sosial şəbəkələrdə yayıb. Onun barəsində Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Səbail Rayon Məhkəməsi R.C barəsində istintaq müddətində 3 aylıq həbs qərarı çıxarıb.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …