Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Nazirlik İcra Hakimiyyətinə müraciət etdi

Nazirlik İcra Hakimiyyətinə müraciət etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 7-9 saylı binaların qarşısında yaşıllıq ərazinin hasarlanması ilə bağlı daxil olan məlumat Nazirliyin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb. 

“Qafqazinfo” xəbər verir ki, əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda 20 sot torpaq sahəsinin hasara alındığı və hasarlanmış ərazinin daxilində ümumilikdə yaş köküstə 32 ədəd müxtəlif cinsli ağacın (qovaq, sərv, söyüd, liqustur) olduğu  məlum olub.

Ağacların qorunub mühafizə olunması və zədələnməsi hallarına yol verilməməsi, hasarın sökülərək ərazinin əvvəlki vəziyyətə gətirilməsi üçün Nəsimi rayon və Bakı Şəhər İcra Hakimiyyətlərinə telefonoqram göndərilib.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …