Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Nazirlər arasında məktubu mübadiləsi olub

Nazirlər arasında məktubu mübadiləsi olub

Xarici işlər naziri Elmar Məmmədyarov və Ekvador Respublikasının xarici işlər naziri Xose Samuel Valesia Amores iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 15 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirib.

XİN-dən verilən məlumata görə xarici işlər naziri Elmar Məmmədyarovməktubda Azərbaycan Respublikası ilə Ekvador Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 15-ci ildönümü münasibətilə öz həmkarı Xose Samuel Valesia Amoresi təbrik edib. 

Məktubda E.Məmmədyarov dostluq ruhuna əsaslanan qarşılıqlı faydalı əməkdaşlığın iki xalq arasındakı ikitərəfli və çoxtərəfli dialoqun gücləndirilməsinə imkan yaratdığını qeyd edib. 

Nazir E.Məmmədyarov tənzimlənməsi BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələri ilə bir daha təsbit olunmuş, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həlli üzrə 

Ekvadorun dəyərli dəstəyini vurğulayıb. 
Sonda nazir hər iki xalqın rifahı naminə mövcud çoxşaxəli əlaqələrin gələcəkdə daha da inkişafı üçün birgə səylərin davam etdiriləcəyindən əmin olduğunu bildirib. 

Ekvador Respublikasının xarici işlər naziri Xose Samuel Valesia Amores xarici işlər naziri E.Məmmədyarova ünvanladığı məktubunda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 15-ci ildönümü münasibətilə səmimi təbriklərini çatdırıb. 

Məktubda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının xalqlarımızın inkişafına, ümumi birgə məqsədlərə nail olunmasına və iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edəcəyi qeyd edilib. 

Daha sonra Ekvador xarici işlər naziri Xose Samuel Valesia Amores Azərbaycan höküməti və xalqına ən xoş arzularını çatdırıb. 

Azərbaycan Respublikası ilə Ekvador Respublikası arasında diplomatik münasibətlər 22 mart 2004-cü ildə qurulub. 

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …