Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Nazir vakansiyaların gizlədilməsindən danışdı

Nazir vakansiyaların gizlədilməsindən danışdı

Vakansiyaların gizlədilməsinin anlamı yoxdur. Çünki həmin vakant yerlərə daha sonra direktorlar müəllim işə qəbul edə bilmir. Kimisə götürsə də bu qeyri-qanunidir və mütəmadi olaraq Təhsil Nazirliyi tərəfindən belə halların qarşısı alınır və gələcəkdə də alınacaq.

Bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda deyib. Nazir bildirib ki, bu günə qədər 10 minə yaxın namizəd müəllimlərin yerdəyişməsi üzrə qeydiyyatdan keçib, 2300-ə yaxın namizədin ərizəsi təsdiq edilib.

“Müsabiqəyə 5500-dən artıq vakant yer çıxarılıb. Bunların 66,8 faizi həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi, 33,2 faizi həvəsləndirmə tədbirləri tədbiq edilməyən vakant yerlərdir. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə 521 vakant yer müəllimlərin yerdəyişməsində müsabiqəyə çıxarılıb”.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …