Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Nazir müavini azadlıqda – Foto

Nazir müavini azadlıqda – Foto

Xəbər verdiyimiz kimi, mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov da bu gün əfv edilib.
APA R.Bayramovun azadlığa buraxılarkən çəkilmiş fotosunu yayıb.



Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Əfv sərəncamı imzalayıb. Sərəncama əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 17 avqust tarixli hökmü ilə məhkum edilmiş sabiq nazir müavini də əfv olunub.
R.Bayramov 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. O, 1,8 milyon manat rüşvət almaqda ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 il 6 aya endirib.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …