Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Nazir: “Məktəblərdə dinin tədrisi nəzərdə tutulmayıb”

Nazir: “Məktəblərdə dinin tədrisi nəzərdə tutulmayıb”

Təhsil naziri Ceyhun Bayramov məktəblərdə dinin tədris edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

ONA-nın xəbərinə görə, nazir bildirib ki, Azərbaycanın təhsil standartlarına əsasən, məktəblərdə dinin tədrisi nəzərdə tutulmayıb.

Onun sözlərinə görə, bununla bağlı həm Təhsil Nazirliyi, həm Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi açıqlama yayıb: “Şagirdlərin yaş kateqoriyalarına uyğun olaraq müxtəlif dərsliklərdə məlumatların verilməsi dinin tədrisi deyil. Buna həm tarix, həm də “Həyat bilgisi” dərsliklərində rast gəlmək olar. Burada yenilik yoxdur”.

Həmçinin oxuyun

Rauf Nağıyev TƏBİB-i məhkəmədə uddu: İşinə qayıdır

Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sabiq baş həkimi Rauf Nağıyevin TƏBİB-ə qarşı …