Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Nazir Fərid Qayıbov Bakı Gənclər Mərkəzində olub – Foto

Nazir Fərid Qayıbov Bakı Gənclər Mərkəzində olub – Foto

Oktyabrın 29-da gənclər və idman naziri Fərid Qayıbov Bakı Gənclər Mərkəzinin fəaliyyəti ilə tanış olub və “Qarabağ – əcdadlarımızın mirası” sənədli filminin təqdimatında iştirak edib.

Nazir əvvəlcə Bakı Gənclər Mərkəzinin inzibati binası ilə tanış olub və Heydər Əliyev Muzeyini ziyarət edib. Bakı Gənclər Mərkəzində gənclərin inkişafı və asudə vaxtının təşkili üçün yaradılmış şəraitlə tanış olub, klublar və inkişaf məktəbləri ilə maraqlanıb.

Nazir mərkəzin gələcək fəaliyyəti, gənclərin maraqlarına uyğun fəaliyyət sayının və əhatə dairəsinin genişləndirilməsinə dair tövsiyələr verib.

Daha sonra nazir Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi tərəfindən hazırlanmış “Qarabağ – əcdadlarımızın mirası” adlı sənədli filmin təqdimatında iştirak edib.

Filmin nümayişindən öncə, Vətən müharibəsinin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sənədli film Qarabağın bütün tarixi dövrlərini, işğal və işğaldan azad olunduğu dövrü orjinal çəkiliş materialları, arxiv materialları, arxiv sənədləri və muzey materialları ilə əks etdirən modern formatda hazırlanmış ilk ümumi layihədir.

Tədbirdə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, nazir müavini İntiqam Babayev, tarixçi-alimlər, QHT-lərin, eləcə də müxtəlif təşkilatların nümayəndələri iştirak ediblər.

Həmçinin oxuyun

Çovdarovların “Vosmoy bazarı”na dair iddiası təmin olunmadı

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq generalı Akif Çovdarovun cinayət işi üzrə …