Ana səhifə / Cəmiyyət / NAZİRƏ YENİ VƏZİFƏ TAPŞIRILDI – NAXÇIVANDA

NAZİRƏ YENİ VƏZİFƏ TAPŞIRILDI – NAXÇIVANDA

Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasına sədr seçilib.
Azinforum.az xəbər  verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov federasiyanın sədri vəzifəsini icra edəcək.

Qeyd edək ki, Cabbarov Azad Vaqif oğlu 1981-ci il 14 apreldə Lənkəran rayonunun Şovu kəndində anadan olmuşdur. 1998-2002-ci illərdə “Naxçıvan” Universitetinin Hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasını bitirmişdir.

2002-ci ildə N saylı hərbi hissədə hərbi xidmətdə olmuşdur. 2006-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin Hüquqşünaslıq ixtisası üzrə təhsil almışdır. 2010-2013-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisasını bitirmişdir.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın