Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Nazim İbrahimovun oğlu hərbi xidmətini istirahət mərkəzlərində keçirir

Nazim İbrahimovun oğlu hərbi xidmətini istirahət mərkəzlərində keçirir

Son günlərdə cəbhədə baş verən hadisələr insanlarda çox böyük ruh yüksəkliyi yaradıb. İnsanlar qəti əminlik yaranıb ki, ordumuz qısa müddət ərzində işğal altında olan torpaqlarımızı azad edə bilər. Maraqlıdır ki, cəbhədə qızğın döyüşlər getdiyi zamanlarda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbələrinə üz tutanların sayı-hesabı yox idi. Həmin günlərdə hətta məmur övladlarının cəbhəyə yollanmaq istədiyi barədə də məlumatlar yayılırdı. Bu ruh yüksəkliyi şəhidlərimizin dəfn mərasimlərində də özünü göstərdi. Belə həsas məqamda Moderator.az-ın elektron poçt ünvanına məmur övladlarından biri-Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun oğlu Elnur İbrahimovla bağlı maraqlı məlumat daxil olub.

Əvvəlcə onu qeyd edək ki, ötən ilin iyul ayında mətbuatda Elnur İbrahimovun Silahlı Qüvvələrdə hərbi xidmətə yollanması haqqında məlumat yayılıb. Qeyd edilib ki, hərbi xidmətə yollanan E. İbrahimov “N” saylı hərbi hissədə sıravi əsgər kimi xidmətini aparacaq. Məlumatda qeyd edilib ki, 1989-cu il yanvarın 23-də Naxçıvanda doğulan E. İbrahimov Londonda ali təhsil alıb və təhsilini başa vuraraq hərbi çağırış vərəqəsi əsasında xidməti borcunu yerinə yetirməyə yollanıb. E. İbrahimov N. İbrahimovun yeganə oğludur.

Elektron poçt ünvanına göndərilmiş məlumatda isə iddia olunur ki, Elnur İbrahimov xidmət dövrünü hərbi hissədə yox, ayrı-ayrı istirahət mərkəzlərində, şəxsi təyyarəsində, müxtəlif xarici ölkələrdə keçirir. Məlumatın sübutu kimi emailimizə bir neçə foto da göndərilib. Fotoları təqdim edir və bildiririk ki, qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …

Bir cavab yazın