Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Nazim Bəydəmirli ilə Taleh Şahsuvarlının məhkəməsi başladı – Cavabdeh iddiaçının soyadı ilə bağlı vəsatət verdi

Nazim Bəydəmirli ilə Taleh Şahsuvarlının məhkəməsi başladı – Cavabdeh iddiaçının soyadı ilə bağlı vəsatət verdi

Azinforum.az xəbər verir ki,  yanvarın 26-sində Səbail Rayon Məhkəməsində sabiq deputat Nazim Bəydəmirlinin jurnalist Taleh Şahsuvarlıya qarşı qaldırdığı məhkəmə  iddiasına baxışının hazırlıq iclası keçirilib. Hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçirilən prosesdə cavabdeh qismində məhkəməyə  qatılan Taleh Şahsuvarlı iddiaçının ərizəni düzgün tərtib etmədiyinə dair vəsatətlə çıxış edib. O, qaldırdığı vəsatətdə bildirib ki, iddiaçı təqdim etdiyi ərizədə müraciət qaydalarını bariz şəkildə pozaraq, öz soyadını doğru qeyd etməyib: “O, ərizəyə artıq qüvvədən düşmüş şəxsiyyət vəsiqəsindəki məlumatları, o cümlədən qoşma sənədlər siyahısına qüvvədən düşmüş şəxsiyyət vəsiqəsinin surətini daxil etmiş, məhkəmədə təmsil edilməsi üçün etibarnaməni də qüvvədən düşmüş şəxsiyyət vəsiqəsinə əsasən vermişdir. Həmçinin, etibarsız, artıq qanuni qüvvəsi olmayan şəxsi məlumatların daxil edildiyi ərizə sonucda düzgün imzalanmamışdır.

Belə ki, özünün “Facebook” sosial şəbəkəsində yaydığı məlumatlardan və şəkillərdən məlum olur ki, bu şəxs 14 may 2016-cı il tarixdə 4 saylı ASAN Xidmət vasitəsi ilə öz soyadını rəsmən dəyişdirmiş, “Məmmədov” familiyasından imtina etmişdir. Bu tarixdən etibarən onun respublikamızda keçərli olan bütün vətəndaşlıq vəziyyəti aktlarına əsasən rəsmən “Bəydəmirli” soyadı daşıması ASAN xidmət tərəfindən verilmiş müvafiq şəhadətnamə ilə təsdiq olunub. Lakin o özünü iddia ərizəsində 14 may 2016-cı ildən sonra Azərbaycan Respublikasında vətəndaşlıq vəziyyəti mövcud olmayan “Məmmədov Nazim Hüseyn oğlu” kimi təqdim etmiş və iddia ərizəsini də bu soyadla imzalamışdır. İddia ərizəsi imzalandığı tarixdə Bəydəmirli Nazim Hüseyn oğlunun özünü “Məmmədov” soyadı ilə təqdim etməsi qanunlara zidd olduğu kimi, əvvəlki soyadı ilə ona verilmiş şəxsiyyət vəsiqəsi də artıq qüvvədən düşmüşdü. Halbuki həmin şəxs məhkəmə kimi yalnızca hüquq əsasında fəaliyyət göstərən və qanunların qorunmasına mükəlləf olan quruma daşıdığı yeni soyadla, o cümlədən qüvvədə olan şəxsiyyət vəsiqəsi ilə müraciət etməli idi…

 

n

 

Əgər mənə qarşı hər hansı iddiası varsa, Nazim Bəydəmirli özü haqqındakı məlumatları doğru-düzgün göstərərək iddia ərizəsi hazırlamalı, məhkəməyə qanunvericiliyin tələblərinə riayət edərək yeni müraciət ünvanlamalıdır. Çünki məhkəməyə müraciət etmək hər bir vətəndaşın hüququ, bu zaman prosedur qaydalara riayət etmək isə onun vəzifəsi və borcudur”.

Məhkəmə vəsatəti müzakirə etmək üçün bir neçə gün vaxt istəyib.

Azinforum.az-ın əldə etdiyi məlumata görə, məhkəməyə səbəb Tezis. az saytında Nazim Bəydəmirli barəsində yayılan məqalə olub. İddiaçı hesab edir ki, həmin yazıda onun bir vaxtlar məhbəs həyatı yaşayayan tanınmış jurnalist Xədicə İsmayılla cəzaçəkmə müəsissələrindən birində görüşüb hansısa qurumun təsis edilməsilə bağlı razılığa gəlməsi haqda  olan qeydlər həqiqəti əks etdirmir, ünvanına atılan böhtandır. Maraqlıdır ki, tərəflərin hər ikisinin mediaya çıxış imkanları olsa da, bu prosesin ictimailəşməsində maraqlı görünmürlər. Nə iddiaçının, nə da cavdehin baş tutan məhkəmə barədə qeydinə rast gəlinməyib.

İddaçını məhkəmədə hüquqi nümayəndəsi, cavabdehi isə  özü təmsil edib.

Rövşən ƏLİ

Azinforum.az

 

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın