Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Nazilə Məmmədova vəzifəsindən azad edildi

Nazilə Məmmədova vəzifəsindən azad edildi

Təhsil Nazirliyinə daxil olmuş vətəndaş müraciəti əsasında nazirlik tərəfindən Abşeron rayonu Mehdiabad qəsəbə 5 nömrəli tam orta məktəbində araşdırma aparılıb.

Təhsil Nazirliyindən bildirilib ki, aparılmış araşdırma nəticəsində məktəbdə ciddi nöqsanlara yol verildiyi müəyyən edilib.

Nazirliyin təşəbbüsü, Abşeron Rayon İcra Hakimiyyətinin müvafiq əmri ilə Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Məmmədova Nazilə Teymur qızı ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.  /Qafqazinfo

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …