Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Naxçıvanda qanunsuz yaşayan 14 əcnəbi aşkar edilib

Naxçıvanda qanunsuz yaşayan 14 əcnəbi aşkar edilib

Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər ötən ay ərzində də davam etdirilib.

Azinforum.az-ın məlumatına görə, xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 14 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülüb.

Ümumilikdə, ötən dövrdə Dövlət Miqrasiya Xidmətinə daxil olan 967 müraciətin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul olunub, olduğu yer üzrə qeydiyyatla bağlı 644 müraciət qeydə alınaraq icrası təmin edilib.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …