Ana səhifə / Cəmiyyət / Naxçıvanda qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 35 əcnəbi aşkarlanıb

Naxçıvanda qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 35 əcnəbi aşkarlanıb

İlin birinci rübündə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 35 əcnəbi aşkarlanıb.

“Report” Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin əcnəbilər barəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Ümumilikdə, ötən dövrdə Dövlət Miqrasiya Xidmətinə daxil olan 1642 müraciətdən 1359-u əcnəbilərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması, 178-i əcnəbilərə respublikada müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, 2-si müvəqqəti yaşamaq üçün icazənin yenidən rəsmiləşdirilməsi, 8-i əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, 95-i isə vətəndaşlıq məsələləri ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.

Müraciətlərin 590-ı xidmətin e-mail ünvanına və “Elektron hökumət” portalına daxil olub. Ötən dövrdə Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq müxtəlif maarifləndirmə tədbirləri də həyata keçirilib.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …