Ana səhifə / Cəmiyyət / Naxçıvanda Komitə sədrinin  bıçaqlanması xəbəri yalan çıxdı

Naxçıvanda Komitə sədrinin  bıçaqlanması xəbəri yalan çıxdı

Bu  gün bəzi elektron KİV-lərdə etibarlı mənbəyə istinadən Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri İsmayılov Bəxtiyar Məmməd oğlunun  bıçaqlanması ilə bağlı məlumat yayılıb. Azinforum.az Naxçıvandakı çox mötəbər bir neçə mənbə ilə bu məlumatın doğru olub-olmamasını aydınlaşdırıb. Saytımıza bildirilib ki, Bəxtiyar müəllimin bıçaqlanmasına dair yayılan xəbər həqiqətə uyğun olmayan    dezinformasiyadı:

“Bəxtiyar müəllim çox nümunəvi dövlət qulluqcusu  olduğu üçün, ona bu məsul vəzifədə çalışmaq tapşırılıb. Bu statusda olan adamın adının anoloji  hadisəsədə hallanması gülməli görünür.  Bu, eyni zamanda həmin məlumatı yayanlar üçün ciddi hüquqi məsuliyyət yarada biləcək bir əməldir. Mötəbər vəzifə daşıyan adamın adının heç bir əsas və dəlil olmadan hansısa kriminal hadisədə hallandırmaq qanunvericiliyin də tələblərinə ziddir. Bəxtiyar İsmayılov  adi günlərdə olduğu kimi, bu gün də öz  işinin başında olub”.

Azinforum.az bildirir ki, Bəxtiyar İsmayılov hazırda daşıdığı vəzifəsindən  əvvəl 10 il Naxçıvan Dövlət Statistika Komitəsinə rəhbərlik edib.

M.MİRZƏ

Azinforum.az

 

 

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın