Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Naxçıvanda 150 mindən çox sərnişin qatarla daşınıb

Naxçıvanda 150 mindən çox sərnişin qatarla daşınıb

Naxçıvanda ötən il ərzində150 mindən artıq sərnişin dəmiryol nəqliyyatından müxtəlif istiqamətlər üzrə istifadə edib.
Bu müddət ərzində muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanlarına dəmir yolu ilə 126 min 660 ton müxtəlif tikinti materialları daşınıb.

Xatırladaq ki, ötən ilin aprel ayının 2-də muxtar respublikanın dəmir yolu təsərrüfatına 8 yeni sərnişin vaqonu təqdim olunub. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən alınıb gətirilmiş vaqonlarda sərnişinlər üçün lazımi şərait yaradılıb. Yeni sərnişin vaqonlarının istifadəyə verilməsi bayram və istirahət günlərində yaranan sərnişin sıxlığını da aradan qaldırıb.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …