Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət /
“Naxçıvana doğrudan da Vasif Talıbov kimi adam lazımdır”

“Naxçıvana doğrudan da Vasif Talıbov kimi adam lazımdır”

Naxçıvan MR Ali Məclisinin sədri haqda sosial şəbəkələrdə müsbət qeydlər artır; Novella Cəfəroğlu: “Ora doğrudan da Vasif Talıbov kimi bir adam lazımdır ki, Naxçıvanı saxlaya bilsin”

Son zamanlar mətbuatda, sosial şəbəkələrdə Naxçıvanın abadlığı, təmizliyi, oradakı yenidənqurma, təmir işləri geniş müzakirə olunur. Xüsusilə də  müxalifət düşərgəsinin nümayəndələri bu barədə statuslar yazıb, Vasif Talıbovun Naxçıvanda gördüyü işləri alqışlayırlar.
Mərhum prezident Əbülfəz Elçibəyin kürəkəni, “Bütöv Azərbaycan Birliyi”nin Mərkəzi Şurasının sədri Aqil Səmədbəyli bu günlərdə sosial şəbəkədə yazıb: “Mənim üçün dünyanın ən kutsal məkanlarından olan Kələkiyə gəldim. Keçən ilə görə bir irəliləyiş var: bütün kəndlərin girişində kəndin adı yazılı lövhələr vurulub. Kəndlər çox təmizdir. Etiraf edirəm ki, bu məsələdə Vasif Talıbov Azərbaycanda bir nömrədir. Səlahiyyət sahibləri onu sırasıyla bütün şəhərlərə bir neçə aylığına icra başçısı qoysaydılar, bəlkə bu təmizlik məsələsi həyat normasına çevrilərdi.
 
Ötən ay vəkil Namizəd Səfərov da bu istiqamətdə sosial şəbəkə vasitəsi ilə mövqeyini bildirmişdi: 
“10 gün idi ki, Naxçıvanda idim. Hər yeri qarış-qarış gəzdim. Təəccübümü heç cür gizlədə bilmirəm. Gəldiyim ümumi nəticə budur ki, Naxçıvan dünyanın tanıdığım ən abad diyarıdır. Bir sözlə, heyran qaldım”,-deyə vəkil bildirmişdi.
Onun bu statusu ətrafında onlarla insan Naxçıvan haqqında fikirlərini paylaşıb, görülən işləri müsbət qiymətləndiriblər.
Image result for Novella Cəfəroğlu
Məsələ ilə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlu isə aşağıdakıları söyləyib:
“Bizim qohumlar Naxçıvanda yaşayırlar, onların hamısı razılıq edirlər. Naxçıvan ərazi baxımdan da elə bir yerdədir ki, bir tərəfi Türkiyə, digər tərəfi İran, Ermənistandır. Ora doğrudan da Vasif Talıbov kimi bir adam lazımdır ki, Naxçıvanı saxlaya bilsin. Bu gün, doğrudur, insan haqları pozulur, çox adam Naxçıvandan çıxıb Bakıya gəlib, iş dalınca Türkiyənin şəhərlərinə üz tutanlar var. Ancaq bütün bunların da düzəlməsi üçün zaman lazımdır. Zaman gələcək, bunlar da düzələcək – baxmayaraq ki, məni Naxçıvanda döyürdülər, indi də ora gedəndə arxamca adam saldırıb izlədirlər. Bütün bunlara baxmayaraq, deyirəm ki, Naxçıvana Talıbov kimi adam lazım idi”.
Əldə etdiyimiz məlumata görə, doğrudan da son zamanlar Naxçıvanda xeyli abadlıq işləri aparılıb. Məlumata görə, Naxçıvanın mərkəzində təmizliyə çox önəm verirlər. Hətta taksi sürücüləri hamısına eyni rəngdə forma  geyinirlər. Küçələr şampunla yuyulur və işıqlandırma sistemi də müasir tələblərə cavab verəcək səviyyədədir. Kəndlərdə, ucqar yerlərdə isə kommunal xətlərdə heç bir problem yoxdur. Naxçıvan sakinlərindən aldığımız məlumata görə, son illər hətta ucqar kəndlərə belə kommunal xətlər çəkilib və onların verilməsində heç bir problem yaşanmır.
(“Yeni Müsavat”)

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın