Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Naxçıvan Ali Məclisinin deputatı olmaq istəyən müəllim seçicilərə nə vəd edir?

Naxçıvan Ali Məclisinin deputatı olmaq istəyən müəllim seçicilərə nə vəd edir?

Naxçıvan Muxtar Respublikası 15 saylı “Qarabağlar” seçki dairəsindən müstəqil namizəd, Naxçıvan Dövlət Universitetinin müəllimi Qasımov Amar Dağbəyi oğlu.

1982- ci ildə Şərur rayon Qarabağlar kəndində anadan olub. 2000-2004- ci illərdə Naxçıvan Dövlət Universitetinin Mühasibat uçotu və audit ixtisasını bakalavr dərəcəsi, 2004-2006- ci illərdə isə həmin ixtisası magistr dərəcəsi üzrə fərqlənmə diplomu ilə bitirib. 2006-2007- ci illərdə Hərbi xidmətdə olub.Ehtiyyatda zabitdir. 2008-2016- ci illərdə müxtəlif vəzifələrdə işləyərək Dövlətimizə xidmət etmiş,Kiçik dövlət qulluqçusudur. 2016- ci ildən Naxçıvan Dövlət Universitetinin “İqtisad” fakultəsinin Mühasibat uçotu və maliyyə kafedrasının müəllimidir. Naxçıvan Dövlət Universitetinin Disertantıdır. Beş elmi məqalənin müəllifidir. Ailəlidir.

Seçicilərə müraciəti:

Əziz seçicilər!

 Azərbaycanda aparılan uğurlu dövlət gənclər siyasəti ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün bu siyasət ölkə başçısı tərəfindən məqsədyönlü şəkildə davam etdirilir. Tarixən hər bir xalq öz xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır. Dünya ölkələrində gənclər sosial-iqtisadi inkişafın, cəmiyyətin islahatlarını hərəkətə gətirən əsas qüvvəsi hesab olunur. Bu gün Naxçıvan Muxtar Respublikasında gənclər siyasəti Ali Məclisin Sədri tərəfindən yeni mərhələni yaşayır. Muxtar respublika rəhbərinin fərmanı ilə potensiallı gənc istedadların dövlət qayğısı ilə hərtərəfli əhatə olunması bunun əyani nümunəsidir. Qayğılara qaldıqda deputatlardan çox çox qabaq Ali Məclis Sədrinin qayğısı ilə əhalinin problemləri həll olunub və həll olunmaqdadır. Amma yenə də bu sağlam mühitdə sağlam düşüncə və bacarıqla xalqın yanında xidmət etmək baxımından vicdanlı, öz vəzifəsinin öhdəsindən layiqincə gələ biləcək gənc kadrlara ehtiyac hər zaman yaranır. Məndə bu fikirlərin daşıyıcısı olaraq Cənab Prezidentimizin islahatlarından güc alaraq dövlətimə, millətimə, xalqıma layiqli xidmət etmək üçün 15 saylı Qarabağlar seçki dairəsindən Naxçıvan MR Ali məclisinə seçkilərə namizədəm.

Əziz seçicilər!

Atalar “Elə arxalanan igidin, arxası yerə dəyməz” deyiblər. Mən də Sizə arxalanıram və Sizləri 9 fevral 2020-ci ildə Muxtar Respublikamızda  keçiriləcək Ali məclisə deptatlıq seçkilərində fəal olmağa, Amar Dağbəyi oğlu Qasımova səs verməyə çağırıram.
Bu dəfə özünüz seçin!

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …