Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Natiq Cəfərli pivə içdi, maşınını itirdi – “Bu da Messinin mənə xeyri”

Natiq Cəfərli pivə içdi, maşınını itirdi – “Bu da Messinin mənə xeyri”

“Dünya çempionatının finalını heç vaxt unutmayacam, bir tək gözəl futbola, Argentinanın qələbəsinə görə yox, həm də ona görə ki, maşınımı itirmişdim”.

Bunu ekspert Natiq Cəfərli deyib.

N.Cəfərli bildirib ki, oyun bitib, “ayıq sürücü” çağırıb: “1-2 bokal pivə içmişdik, Yoldaş Məmmədovla birgə evə getmək istəyirik, sürücü ilə maşını saxladığım yerə çatdıq, maşın yoxdur. “Orada olan “stoyanşikdən” soruşdum, dedi ki, yəqin “ştrafnoya” aparıblar. Həmən “102”-yə zəng edib şikayət etdim, çünki o küçədə saxlamağı qadağan edən işərə yoxdur. Heç 3 dəqiqə keçməmiş polisdən zəng gəldi, çox ədəblə məsələni soruşdular, danışdım, dedim ki, yaxınlıqdakı bölməyə və cərimə meydançasına gedirik. Bölməyə çatdıq, çox ədəb-ərkanla qarşıladılar, operativ şəkildə polis maşını, 3 əməkdaş ayırdılar, gəldik cərimə meydançasına – maşın orda yoxdur. Polislər tez digər dayanacaqlarla, YPX əməkdaşları ilə əlaqə saxladılar – maşından xəbər yox. Düşündüm ki, maşını oğurlayıblar, bu da Messinin mənə xeyri. Tez hadisə yerinə tərəf getdik, sağ olsunlar, polis işçiləri həmən istintaqa başlamağa, kameralara baxmağa qərar verdilər”.

“Mən polislərlə onların maşınında hadisə yerinə elə təzə çatmışdıq, Yoldaş Məmmədov gülə-gülə təksidən düşdü (onlar arxada gəlirdilər) ki, maşın o biri, paralel küçədədir. İlk dəfədir o tərəflərdə – Keşlə bazarının yanı futbola baxırdıq, həmişə getdiyimiz yerlər deyil, həyacandan maşının yerini unudub insanlara da əziyyət verdim. Polislərə təşəkkür edib, onları məşğul etdiyimiz üçün üzr istəyib ayıq sürücü ilə evə gəldik. Yol boyu da Yoldaş Məmmədov mənimlə “Mimino” filmindən sitatla məzələnirdi. Bir sözlə, möhtəşəm, maraqlı, yaddaqalan final yaşadıq” – ekspert əlavə edib.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …