Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / NATİQ CƏFƏRLİ HƏBS OLUNUB – 4 aylıq həbs-qətimkan tədbiri seçildi

NATİQ CƏFƏRLİ HƏBS OLUNUB – 4 aylıq həbs-qətimkan tədbiri seçildi

Avqustun 12-də saat 23 radələrində ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb. (Meydan.tv)

Bu barədə Natiq Cəfərli vəkil Cavad Cavadova telefonla məlumat verib. Vəkil idarəyə yollanıb, amma ona bildiriblər ki, iqtisadçını hansısa müvəqqəti saxlama təcridxanasına aparıblar. Əlavə məlumat verməyiblər.

Son məlumata görə Natiq Cəfərlini Nəsimi Rayon Məhkəməsinə aparıblar. APA-nın xəbərinə görə, Nəsimi rayon Məhkəməsinin qərarı ilə N. Cəfərli 4 ay müddətinə azadlıqdan məhrum edilib. Vəkil Cavad Cavadov APA-ya deyib ki, N, Cəfərli qanunsuz sahibkarlıq fəaliyyəti, mənimsəmə və vergidən yayınmada ittiham olunur.

Qeyd edək ki, bu gün N. Cəfərli Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə dəvət edilib. Bu barədə onun vəkili Cavad Cavadov məlumat verib.

Daha sonra isə o məhkəməyə gətirilib və barəsində həbs qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun …

Bir cavab yazın