Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / “Nar Mobile” abunəçiləri keyfiyyətsiz xidmətdən şikayət edir

“Nar Mobile” abunəçiləri keyfiyyətsiz xidmətdən şikayət edir

Zəng etmək mümkün deyil

Azərbaycanda fəaliyyət göstərən GSM standartlı “Nar Mobile” mobil operatoru dünən axşam saatlarından abunəçilərinə keyfiyyətsiz xidmət təqdim etməyə başlayıb.

Abunəçilərin şikayətlərinin məğzi eynidir: zənglər getmir və daxil olmur. Bəziləri isə rabitə xidmətindən istifadə etməyə müvəffəq olsa da, əlaqənin keyfiyyəti bərbad olub və müəyyən qırılmalar müşahidə olunub. Hazırda “Nar Mobile” nömrələrindən yalnız təcili zənglər etmək mümkündür.

Cəhdlərimizə baxmayaraq, “Nar Mobile” şirkətinin nə rəhbərliyi, nə də mətbuat katibliyi ilə əlaqə saxlamaq mümkün olmadı.

Xatırladaq ki, “Azerfon” şirkəti fəaliyyətinə 2007-ci ilin 21 mart tarixində “Nar Mobile” ticarət nişanı ilə başlayıb. Şəbəkə Azərbaycanın 80%-ni əhatə edir. Hazırda abunəçilərinin sayı 2 milyondur. /olke.az

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …

Bir cavab yazın