Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / “Namiq Qaraçuxurlunu həbsxanaya gəlmişdi” – Maral Tahirqızı

“Namiq Qaraçuxurlunu həbsxanaya gəlmişdi” – Maral Tahirqızı

“Onunla görüşməyə icazə vermədilər”

Xəbər verdiyimiz kimi, müğənni Maral Tahirqızı həbsdən azad edilib. 2015-ci ildə Cinayət Məcəlləsinin 244-ci (əxlaqsızlıq yuvası təşkil etmə) maddəsi ilə ittiham edilən müğənni artıq bir neçə gündür ki, azadlığa qovuşub.

İfaları ilə yanaşı, həbsi ilə də mətbuatın marağına səbəb olan Maral Tahirqızı məhbəs xatirələrini AzVision.az-la bölüşüb.

-Maral xanım azadlıqda özünüzü necə hiss edirsiniz? 

– Həbsxanadan yeni çıxanda azadlıqda olduğumu hiss etmirdim. İndi tam fərqlidir. Yeni həyata başlayıram.

-Yəqin ki, həbsxanada düşünməyə vaxtınız çox idi. Tutduğunuz əmələ görə peşmansınızmı?

-İstəyərm ki,insanlar həyatda doğru yaşasınlar. Yalanla yaşamayaq. Kiminsə hissi ilə oynamayaq. Həbsxanada o qədər yalan danışan adamlar var idi. Deyirdim, bunları haradan tapıb gətirblər. Hamı bir-birinin xarakterin yaxşı bilirdi. Deyirdik, bax, yenə yalan danışacaq.

-Həbsdə olanda sənət yoldaşlarınızdan sizə baş çəkən olub?

– Görüşlərə çox vaxt icazə vermirlər. Qorxurdular ki, məhbusun yeməyininin içinə nəsə qatarlar, ya da nəisə edərlər. Yad adamlarla görüşə icazə vermirdilər. Namiq Qaraçuxurlu konsert vermək üçün həbsxanaya gəlmişdi. Onunla görüşməyə icazə vermədilər.

Həbsxana işçiləri bir dəfə mənə dedilər ki, sizin yanınıza məktəblilər gəlib. Deyiblər ki, Maral xanımla görüşmək istəyirik. İcazə olmadığına görə onları görüşə buraxmadılar.

-Həbsxanaya düşən insanlar ya kitab oxumağa üstünlük verir, ya idmanla məşul olur, ya da yatmağa meyilli olurlar. Siz gününüzü necə keçirirdiniz? 

-Daha çox şeir kitabları oxuyurdum. Qəzetlərdən və televiziyadan xəbərləri izləyərdim. İnformasiyam mütləq olmalı idi. Elə bilirəm xəbərlər proqramına baxmayan adam dünyadan bixəbərdir. Arada idman da edirdim. Yeməyimi özüm hazırlayırdım. Kiminsə yeməyini yemirdim, ehtiyat edirdim. Orada cürbəcür xəstəliyi olan adamlar var. Onlardan mənə də hansısa xəstəlik keçə bilərdi və ya nəsə edə bilərdilər.

-Həbsdə kimin üçün darıxırdınız?

-Maşallah, orada o qədər adamlar olurdu ki, darıxmağa imkan olmurdu. İndi mənim üçün çox darıxırlar. Deyirdilər, Maral gedir, biz nə edəcəyik.

-Həbsxanada ən çox hansı mahnını oxyurdunuz? 

-Orada bir neçə mahnını öyrəndim. Ən çox xoşuma gələn “Biri sənsən, biri mən” mahnısı oldu. Özüm bəstələdiyim ritmik mahnı da var. Həbsxanada istədiyin vaxt mahnı oxuya bilmirsən. Kimisə narahat etmək düzgün deyil. Oranın öz qayda-qanunu var.

Hamı xahiş edirdi ki, bir ağız oxu. Yorurdular məni. Deyirdim, nə qədər oxumaq olar. Rejimə tabe olmaq lazım idi.

-Həbsxana yoldaşlarınızla münasibətiniz necə idi? 

– Kobud insaları sevmirəm. İnsan gərək düşüncəli olsun. Kiminsə qəlbinə dəyməsin, rəftarı, nəzakəti bilsin. Onsuz da həbsxanaya düşən admların qəlbi qırıqdır. Hamı ilə mehriban olmağa çalışırdım. Özümü mədəni aparırdım. Elə qadınlar vardı ki, özlərini kobud aparırdılar. Həbsxanada yaxşı insanlar da az deyil. Həbsdə məktəb direktorları, mühasiblər, mədəniyyət işçilərinə də rast gəlmək olar. Onlar özlərini sakit aparırdılar.

Həmçinin oxuyun

“Baboşlar efirə çıxarılır, kişi kişiylə evlənir, çünki…” – Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev  “TV Müsavat”-a müsahibə verib. AKİ sədri  ittifaq …