Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Nərgiz Yaqublunun qısa ömründən xatirələr – Fotolar

Nərgiz Yaqublunun qısa ömründən xatirələr – Fotolar

Acımız, ağrımız böyükdür: Gözəl Nərgizimiz soldu. İnanmaq çətindir, daima gülərüz, ətrafına nur saçan bu gənc, gözəl qız artıq aramızda yoxdur. Amansız ölüm onu əlimizdən aldı.

Çox gənc idi, ömür yolunun başlanğıcındaydı. Sevdiyinə yenicə qovuşmuşdu. Ana olacaqdı. Arzuları vardı. Hamısı yarımçıq qaldı.
Anası ağır qəzadan sonra özünə gələ bilməmişdi. Atası məhbəs bucaqlarındadır. Tofiq Yaqublu qızının toyunu görə bilmədi, xeyir-duasını verə bilmədi, son günündə də yanında ola bilmədi.
Dözümlüydü, sınmaq, usanmaq, təslim olmaq nədir – bilməzdi. Bu mələk üzlü qızda qladiator ruhu vardı, döyüşçüydü. Həyatına insanlara, vətəninə fəda etməyə hazır idi.
Onun vətənpərvərliyi təsadüfi deyildi, atasından gəlirdi. O atasından ki, təzə-təzə dil açan Nərgizi iki yaşında anasıyla tək buraxıb könüllü olaraq Qarabağa, döyüşə, od-alovun içinə getmişdi.
Nərgiz o igid, döyüşçü atasını son dəfə dəmir barmaqlıq arasında gördü. Onlar bir daha ata-bala olaraq bir-birinə sarıla bilmədilər.
Nərgiz qısa, amma mənalı, mübarizə dolu bir ömür yaşadı. Onun qısa ömrünün görüntülərini təqdim edirik.



















Həmçinin oxuyun

DTX 105 yaşında – VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. Azinforum.az xəbər verir ki, qurumun sosial …

Bir cavab yazın