Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Müxalifətçi vəkil icra başçısını təriflədi – “Təşəkkürlər, cənab Elmar Vəliyev”

Müxalifətçi vəkil icra başçısını təriflədi – “Təşəkkürlər, cənab Elmar Vəliyev”

27 yanvar 2017-ci ildə Gəncə İnzibati-İqtisad Məhkəməsində, nümayəndəsi olduğum İsgəndərov Oruc Bəhrəm oğlunun Gəncə şəhər İH-ə qarşı, “sökülmüş evə görə kompensasiya ödənilməsi barədə” mülki işdə tutduğu obyektiv mövqeyə və vətəndaşı razı salan qərar qəbul etdiyinə görə öz adımdan və O. İsgəndərovun adından Gəncə şəhər İH başçısı E.Vəliyevə təşəkkür etməyi özümə borc bilirəm.

Biz hakimiyyət nümayəndələrini tənqid etməyə elə vərdiş etmişik ki, yaxşı işlərinə görə (bu onların vəzifəsi olsa da belə) onlara “sağ ol” deməli olduğumuzu da (bu bizim vəzifəmiz olmasa da belə) unutmuşuq.

Bundan əvvəl mən Gəncədə baş verən, xüsusilə də bəzi vətəndaşların mülklərinin sökülməsi nəticəsində onlara dəymiş zərərin ödənilməsindəki problemlərlə bağlı cənab E.Vəliyevin haqqında tənqidi çıxışlar səsləndirmişəm. Bunlar yazılı və görsəl şəkildə sosial şəbəkələrdə və qəzetlərdə yayılıb. Son məhkəmə prosesində baş verənlər, yəni Gəncə şəhər İcra hakimiyyəti ilə iddiaçı vətəndaş arasındakı mübahisənin barışıq sazişi ilə başa çatması sübut etdi ki, tərəflər istəyəndə, xüsusilə də hakimiyyət təmsilçiləri məsuliyyət nümayiş etdirdikdə ümumi dil tapa bilərlər və bu addım məhz cavabdeh tərəfə hörmət gətirir və bütövlükdə hakimiyyətə qarşı vətəndaşlarda inam, etibar və gələcəyə ümid formalaşdırır.
Təşəkkürlər, cənab Elmar Vəliyev.
Ümid edir və əmin olduğumu bildirirəm ki, Siz Pərvanə İsgəndərova (Cavadxan-34 ünvanındakı problem) və Məmmədov Nəsrəddin Yəhya oğlu (1-ci MKR, 43 saylı məktəblə üzbəüz olmuş “Zəm-Zəm” iaşə obyektinin sökülməsi) ilə də bağlı müdriklik nümayiş etdirəcək, onların da haqlarının bərpası üçün qanuni tədbirlər görəcəksiniz.
Bu günkü qərarınıza görə Sizə bir daha öz minnətdarlığımı bildirirəm. Çox sağ olun.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın