Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Musa Yaqubun səhhəti ağırlaşdı

Musa Yaqubun səhhəti ağırlaşdı

Azərbaycanın tanınmış şairi Musa Yaqubun səhhətindəki problem bir az da ciddiləşib.
Kult.az xəbər verir ki, bununla bağlı xalq şairi, Musa Yaqubun yaxın dostu Sabir Rüstəmxanlı danışıb. O bildirib ki, dostunun vəziyyətinin ağırlaşdığını eşidən kimi onun yaşadığı İsmayıllı rayonu, Buynuz kəndinə gedib:
“Çox zəifəyib. Hər an nəsə baş verə bilər. Deyir, xaricdən dərman gəlməlidir. Guya, o dərman yaxşı təsir edir. Bəlkə möcüzə də baş verə bilər, amma hazırda heç də yaxşı deyil. Vəziyyəti gün-gündən pisləşir”.
Qeyd edək ki, 81 yaşı 10 mayda tamam olan şair xeyli müddətdir xəstə yatır.

Həmçinin oxuyun

Hüseynbala Mirələmov: “Hadi Rəcəbli 70 illik dostum idi”

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin sabiq deputatı Hadi Rəcəbli 76 yaşında dünyasını dəyişib. …