Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / MUSA MUSAYEV CƏLAL ƏLİYEVİ YADA SALDI: “Bu tarixi şəxsiyyətin yoxluğundan çox üzülürəm”

MUSA MUSAYEV CƏLAL ƏLİYEVİ YADA SALDI: “Bu tarixi şəxsiyyətin yoxluğundan çox üzülürəm”

30 iyun  mərhum akademik Cəlal Əliyevin doğum günüdür. Vaxtilə onunla bir elmi-tədqiqat institutunda işləmiş sabiq millət vəkili Musa Musayev Azinforum.az-a açıqlamasında mərhum akademiklə bağlı xatirələrini bölüşüb. Musa Musayev bildirib ki, Cəlal Əliyev barədə keçmiş zamanda danışmaq onun üçün çox ağırdı: “Cəlal Əliyev mənim xatirimdə əsl kişiliyi, mərdliyi, sınmazlığı, prinsipiallığı özündə cəm edən bir şəxsiyyət kimi qalıb.

Tarix elə gətirib ki, mənim cavanlıq illərim onunla yanaşı keçib. Mən ondan insana lazım olan çox vacib cəhətləri öyrənmişəm. Vaxtilə təmsil olunduğum parlamentin tribunasından da demişəm ki, Cəlal Əliyev təkbaşına Qorbaçov, Vəzirov, Ayaz Mütəllibov və sonda AXC-Müsavat hakimiyyətinə qarşı mübarizə aparan adam olub. Ümumilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsində ondan çox zəhməti olan ikinci adam tanımıram. Hazırda vəzifə tutan bəzi şəxslər prinsipial məqamlarda qaçıb gizlənən zaman, Cəlal Əliyev konkret mövqe ortaya qoyubdu. Bu tarixi şəxsiyyətin yoxluğundan çox üzülürəm”.

M. MİRZƏ

AZİNFORUM.AZ

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın