Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Mürvət Həsənli ittihamlara cavab verdi: “Aslan İsmayılov xəstə olmayan digər erməni şəriyin adını niyə gizlədir?”

Mürvət Həsənli ittihamlara cavab verdi: “Aslan İsmayılov xəstə olmayan digər erməni şəriyin adını niyə gizlədir?”

“Aslan İsmayılovdan soruşmaq istəyirəm: həmin vəhşiliklərə erməni prokurorları hansı cəzanı istəyib?”

“Mən dediyi ittihamı sübut edə bilməyən şəxsə hər şeyini itirən adam kimi baxıram”
Tanınmış hüquqşunas Aslan İsmayılov “BakıPost” saytına verdiyi müsahibədə yenidən iş adamı Murvət Həsənlinin ünvanına sərt ittihamlar səsləndirib. Qeyd edək ki, bundan əvvəl də, Aslan İsmayılov tərəfindən iş adamına yönəlik anoloji məzmunda fikirlərin səsləndirilməsi Murvət Həsənlini məhkəməyə müraciət etməyə vadar edib. O, Aslan İsmayılovu xüsusi ittiham qaydasında məhkəməyə verib. Xatırladaq ki, tərəflər arasındakı mübahisəyə səbəb Türkiyədə fəaliyyət göstərən “Emre Piliç Gida Sanayi ve Ticaret Limited Şirketi” ilə Mürvət Həsənli arasında yaranan narazılıq səbəb olub. Həmin şirkətin hüquqlarını hazırda hüquqşunas Aslan İsmayılov müdafiə edir. Mürvət Həsənli sözügedən şirkətlə əməkdaşlığa son qoymasına səbəb kimi “Emre Piliç Gida Sanayi ve Ticaret Limited Şirketi”nin səhmlərinin 30 faizinin erməni əsilli iş adamlarına məxsus olmasını göstərir.
Aslan İsmayılov isə tamamilə fərqli arqumentlər ortaya qoyur, hətta iddia edir ki, həmin payçi olan erməninin hüquqlarını belə qorumağa hazırdır.

Azinforum.az Mürvət Həsənlidən Aslan İsmayılovun onun barəsində işlətdiyi sərt məzmunlu ittihamlara münasibət öyrənib. Vacib bir detal olaraq xatırlatmaq istəyirik ki, Aslan İsmayılovun verdiyi son müsahibə olduğu kimi saytımızda yerləşdirilib. Bu səbəbdən də, Mürvət Həsənlinin cavab haqqını tanımağa məcburuq.
Hüquqşunas iddia edir ki, Mürvət Həsənli erməni söhbətini borcdan yayınmaq məqsədilə ortaya atıb: ”Adı çəkilən şirkətin ermənilərə məxsus olması isə daha maraqlı söhbətdir. Bunu Mürvət Həsənov heç vaxt bilə bilməzdi. Məhz kirvə olduqlarına görə Ömür Oral özü Mürvətə demişdi ki, şirkətdə ermənilərə məxsus 15 faiz pay olub, həmin payı faktiki olaraq ermənidən alsalar da, rəsmiləşdirə bilmirlər. Mürvət Həsənov hamıdan yaxşı bilir ki, pay sahibi Raffi Bozaçıyan 3 ilə yaxındır ki, İstanbulun “Amerikan” xəstəxanasında koma vəziyyətində aparata qoşulu olduğundan nə özü, formal olaraq sağ olduğundan, nə də vərəsələri rəsmiləşdirə bilmir”.
Mürvət Həsənli isə Aslan İsmayılovun tamamilə yalan danışdığını deyir:

“Aslan İsmayılov yenidən öz ampulasındadır. Artıq yalan danışmağı özü üçün vacib peşəyə çevirən bu adam KİV-lər vasitəsilə bütün Azərbaycan xalıqına yalan sırayır. Sözügedən türk şirkətinin 15-yox, 30 faizi erməni əsilli iş adamlarına məxsusdur. Sənədlərlə sübut olunur ki, həmin şirkətin heç də Aslanın dediyi kimi bir xəstə erməni şəriyi yoxdur. Maraqlıdır, Aslan İsmayılov xəstə olmayan digər erməni şəriyin adını niyə gizlədir? İnanmıram ki, bunu utandığından edir. Utansaydı müsahibədə deməzdi ki, məmnuniyyətlə xəstə erməninin hüquqlarını qorumağa hazırdır. Aslan İsmayılov gözünün içinə kimi yalan söyləyir ki, mən şirkətdə ermənilərin payçı olduğunu kiminləsə kirvə olduqdan sonra bilmişəm. Tam səmimi olaraq bildirirəm ki, mən bu barədə ilk məlumatı virtualaz.org və haqqin.az saytlarında dərc edilən araşdırma materialı vasitəsilə 2015-ci ildə əldə etmişəm. Bundan sonra, həmin istiqamətdə müəyyən araşdırma apardım və yazılanların doğruluğu üzə çıxdı. Təbii ki, belə reputasiyaya malik olan şirkətlə gələcəkdə əməkdaşlıq etməyim mümkünsüz idi. Bu səbəbdən də, əməkdaşlığa son qoydum. Bundan sonra, onlar mənə ödəməli olduqları vəsaiti verməkdən imtina etdilər. Mən vətənpərvər insanam. İstəmərəm ki, ermənilər bizim vasitəmizlə buradan pul qazansınlar”.
İş adamı hazırda həbsdə olan sabiq MTN generalı Akif Çovdarovla əlaqəsinin olması və onun vasitəsilə 3 nəfəri tutmurması ilə bağlı Aslan İsmayılovun səsləndirdiyi iddialara da aydınlıq gətirib. Aslan İsmayılov bu xüsusda bildirib: “Mürvət-Çovdarov işbirliyindən 3 nəfər zərərçəkmiş şəxsi tanıyıram. Bu 3 nəfər indi üzə çıxmaq istəmir, çünki qorxurlar. Əgər maraqlıdırsa qoy xüsusi xidmət orqanları araşdırsınlar. Görsünlər, Çovdarovun bağında qonaqlara kimlər xidmət edirmiş. Araşdırsalar görərlər ki, “Xəmsə”nin əməkdaşları olublar. Çovdarovun oğlunun toyu harada olub? “Xəmsə”də! İki nəvəsinin ad günü harada olub? “Xəmsə”də. Mürvətdə olan xüsusi səsyazma, çəkmə cihazları haradandır? Keçmiş MTN-dən. Bu “Xəmsə”yə hörmət hardandı?”

 

aslan-ismayilov
Mürvət Həsənlinin bu iddiaya cavabı belə oldu:

“Akif Çovdarovla bağlı istintaq aparılıb. Hər halda, belə bir bağlantım olsaydı, məni də məsuliyyətə cəlb edərdilər. Ən azı çağırıb ifadəmi alardılar. Belə bir şey olmayıb. Mən iş adamıyam, kimisə tutdurmaq mənim peşəmə aid olan məsələ deyil. Görünən budur ki, belə işləri Aslan İsmayılov gözəl bacarır. Hər halda, belə bir əlaqəm olsaydı bu illər ərzində Çovdarovla bircə dəfə də olsun telefon danışığımla bağlı məlumat ortaya çıxardı. Deyilən şəkildə əlaqənin olduğunu və ya kimlərinsə mənim əlimlə tutulduğunu Aslan İsmayılov sübut edə bilsə, mən bütün Azərbaycan xalqından üzr istəyəcəm, edə bilməyəni isə başqasına şər atan  ləyaqətini itirən adam kimi qəbul edəcəm. O, bu böhtanları çox yerdə səsləndirib. Mən onu məhkəməyə vermişəm. Ona sübut edəcəm ki, bir hüquqşunasın dəlillərə söykənmədən danışması hansı hüquqi məsuliyyət yaradır. Aslan İsmayılova mənim onu məhkəməyə verməyimlə bağlı sual verirlər. Görün, nə cavab verir? Deyir ki, cəhənnəmə versin. Bu, bir hüquqşunasın vətəndaşın konstitusion hüququndan istifadə edərək, dövlətin vacib atributuna müraciət etmək hüququna verdiyi reaksiya və qiymətdir. Belə adama hüquqşunas demək olarmı? Aslan İsmayılov danışdıqca özünü ifşa edir. Sonra deyir ki, Akif Çovdarovun yaxınlarının toyaları mənim restoranımda olub. Bilirsiniz ki, “Xəmsə” çox tanınmış restorandı. Bir neçə zalı var. Orda elə olur ki, bir gündə 4 toy olur. Biz müştərilərimizə fərq qoymuruq. Qiymətlə razılaşırıqsa, gəlib toylarını edirlər. Ola bilsin ki, Çovdarovun və ya başqa nazirin də övladının toyu bizim restoranda olub. Bu, nəyi sübut edir? Tamamilə absurd bir yanaşmadır. Onda mən də tam əsaslı şəkildə iddia edə bilərəm ki, Çovdarovla Aslan həmyerli olduqları üçün daha yaxın münasibətə malik olublar. Belə əlaqələrinin olmasını özü də etiraf edir. Mənim isə Çovdarovla bir dəfə də olsun kontaktım olmayıb”.
Aslan İsmayılov həmçinin bildirib ki, Mürvət Həsənli Çovdarovun tapşırığı ilə MTN-ə məxsus olan aparatlarla müəyyən adamlarla bağlı gizli çəkilişlər aparıb, sonra həmin məlumatları həbsdəki generala ötürüb.

 

yum
Mürvət Həsənli bildirdi ki, bu şər-böhtandı və onun həyat tərzinə aid olmayan davranışdı:

“Aslan İsmayılov kişidirsə dediklərini sübut etsin. Həmin 3 nəfəri ortaya çıxarsın.  Aslan İsmayılov hamıya bəlli olan  üsullardan daha çox istifadə edir. Öz Feysbuq səhifəsi vasitəsilə insanları hədəfə alır, saxta profillərlə söydürür və bu metodan məqsədinə çatmaq üçün təzyiq üsulu kimi yararlanır. Mən 400-500 adamı işlə təmin edən, dövlət büdcəsinə külli miqdarda vergi ödəyən sahibkaram. Hazırda Aslan İsmayılovun şantaj maşını ilə üz-üzə qalmışam. Ola bilər ki, bu adamın işi bundan ibarət olsun və belə üsullu mübarizədən zövq alsın. Amma mənim belə intriqalara nə vaxtım nə də həvəsim var. Lakin bu heç də o anlama gəlmir ki, Aslanın böhtanlarını cavabsız qoyacam. Tezliklə hüquqi müstəvidə bu məsələyə aydınlıq gətiriləcək”.
Mürvət Həsənli Aslan İsmayılovun həyatı boyunca ermənilərlə bağlı nümayiş etdirdiyi mövqeylə bağlı isə bunları dedi:

“Bu adam ömrü boyu Sumqayıt hadisələrindəki “qəhrəmanlığından” bəhs edib. İnsanların çoxu da inanıb. Araşdırdıqda məlum oldu ki, Aslan İsmayılov Sumqayıt hadisələri zamanı həbs edilənlərin məhkəməsində prokuror olub və həmin adamlara ən ağır cəzanı, hətta birinə gülələnmə istəyib. Bunun səbəbini belə izah edir ki, həmin adam erməni qadınına qarşı xüsusi vəhşilik edib. Mən əslən Qərbi Azərbaycandanam. Aslan İsmayılov bilməsə də, mən bilirəm ki, tarix boyu ermənilər bizim millətin başına hansı zülümləri açıblar. Zori Balayan kimi “ziyalıların” tərbiyyəsi əsasında bəslənən erməni millətçiləri qız – gəlinlərimizin kürəyinə yanan samovar bağlayıblar. Hamilə qadınlarımızın qarnından körpəni çıxarıb məhv ediblər. Aslan İsmayılovdan soruşmaq istəyirəm: həmin vəhşiliklərə erməni prokurorları hansı cəzanı istəyib? Buna görə də, Aslana danışmamağı məsələhət görürəm. Danışdıqca özünü çox rəzil duruma salır”.
Rövşən ƏLİ
AZİNFORUM.AZ

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın