Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Murad Köhnəqala da Vasif Talıbovun sərəncamını dəstəklədi: “Getdikcə bu kişiyə hörmətim artır…”

Murad Köhnəqala da Vasif Talıbovun sərəncamını dəstəklədi: “Getdikcə bu kişiyə hörmətim artır…”

 

Azinforum.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Oxunması zəruri olan kitablar haqqında” imzaladığı sərəncam böyük müzakirələrə səbəb olub.  Bir sıra tanınmış elm nümayəndələri, ictimai fəallar, tanınmış jurnalistlər Ali Məclis Sədrinin imzaladığı son sərəncamla bağlı müsbət fikirlər səsləndiriblər.  Sərəncamı alqışlayanlar sırasında  tanınmış jurnalist Murad Köhnəqala da var. Azinforum.az jurnalistin bu xüsusda olan fikirlərini təqdim edir:

“Vasif Talıbov bir vaxtlar Naxçıvanda yas yerlərində israfçılığın qarşısını almaq üçün rəsmi sərəncam imzalamışdı, onda çox sevinmişdim. Sonra, büdcə təşkilatı işçilərinə zorla ağac əkdirir, küçə təmizlətdirirdi, onda da sevinmişdim. İndi isə Naxçıvan əhalisinin oxumalı olduğu bədii kitabların siyahısını tərtib etdirib. Əla! Eşq olsun! Çox sevindim. Uzun illər Muxtar Respublikada rəhbərlik edən Vasif müəllim yaxşı bilir ki, bu milləti işıqlı yerlərə zorla itələmək lazımdı. Yoxsa özbaşına buraxsan saqqal buraxıb şalvar gödəltməkdən, qadınları qara çadraya bürüməkdən, yaxud min ilin ölüsü üçün baş yarmaqdan başqa bir şey eləməyəcəklər. Ancaq hörmətli Vasif müəllimin təklif elədiyi kitablardan oxuyan əhali mütaliəyə alışaraq başqa kitablar da axtaracaqlarına əminəm.
Getdikcə bu kişiyə hörmətim artır…”

Azinforum.az

Həmçinin oxuyun

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun …

Bir cavab yazın