Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Müqəddəs ayda intim münasibətlər necə olmalıdır – XƏBƏRDARLIQ

Müqəddəs ayda intim münasibətlər necə olmalıdır – XƏBƏRDARLIQ

Ramazan ayında cinsi əlaqə barədə məlumat oruc tutanların maraqlandığı mövzulardandır. 

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ramazan ayında cinsi əlaqə tamamilə qadağan edilməsə də, oruc tutulan müddətdə olmamalıdır. Yəni hər bir şəxs imsakdan iftara qədər cinsi əlaqədə ola bilməz.

Ramazanda oruc tutaraq cinsi əlaqəyə girmək orucu pozur. Buna görə, orucun qəzası gəlir, yəni təkrar tutulmalıdr və kəffarəsi də ödənilməlidir. Ər-arvadın bir-birini öpməsi və qucaqlaşması isə orucu pozmaz. Əgər belə vəziyyətdə boşalma baş tutsa oruc qəza olar və təkrarən tutulmalıdır.

Tibb işçilərininin sözlərinə görə, iftardan sonra dərhal cinsi əlaqədə olmaq olmaz. Mütəxəxssislərin fikrincə, uzun sürən aclıqdan sonra cinsi istəksizlik də yarana bilər. Ancaq iftardan sonra yaşanan cinsi əlaqə ürək tutmasına, beyinə qansızmasına səbəb ola bilər. Buna görə də iftardan yalnız 2-3 saat sonra cinsi əlaqə məsləhət görülür.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …