Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / “Müharibə vaxtı anam təqaüdünü əsgərlərimizə göndərmişdi”

“Müharibə vaxtı anam təqaüdünü əsgərlərimizə göndərmişdi”

“Çox şadam və xoşbəxtdəm ki, bu böyük qələbəni görmək mənə nəsib oldu. Eyni zamanda, sevimli anam da bu günü gördü. Hətta o, öz təqaüdündən cəhbədə olan əsgərlərimizə pul göndərdi”.

 Bunu Moderator.az-a açıqlamasında bu gün doğum günü olan professor Cəmil Quliyev deyib. C.Quliyev anasını və dostlarını itirdiyi üçün çox kədərləndiyini bildirib: “Təbrikiniz üçün çox sağ olun. Mən indi evdəyəm, anam dekabr ayında vəfat etdi və ona görə də ad günümü qeyd etmirəm. Həmişə doğum günlərimi anamla və bir neçə dostlarımla qeyd edərdim, amma təəssüf ki, indi onlar da həyatda yoxdu. İndi bir özüməm və bir də kitablarım.  Eyni zamanda, sevdiyim bir dostum da xərçəngdən əziyyət çəkir deyə çox kədərliyəm. Evdə şeir oxuyub, musiqi dinləyirəm. Mənim üçün Azərbaycan musiqisini dinləmək, şeiriyyatını oxumaq ən böyük varlıqdı”. 

C.Quliyev Vətən müharibəsində əldə etdiyimiz qələbədən də danışıb və bu günün onun doğum günü üçün bir hədiyyə olduğunu bildirib: “Çox şadam və xoşbəxtdəm ki, bu böyük qələbəni görmək mənə nəsib oldu. Eyni zamanda, sevimli anam da bu günü gördü. Hətta o, öz təqaüdündən cəhbədə olan əsgərlərimizə pul göndərdi. Şuşa alınan günü anam təqaüdündən şirniyyat aldırdı və məni onu insanlara payladım. Yəni ki, mən çox xoşbəxtdəm, sevinirəm ki, bizim Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında Azərbaycanın qəhrəman, rəşadətli ordusu erməni işğalçılarını dədə-baba torpaqlarımızdan qovdu, məhv etdi. Artıq Şuşamız, Cəbrayılımız, Ağdamımız, Qubadlımız, Zəngilanımız, Laçınımız, Xocavəndimiz azaddır. İnşallah bundan sonra yenə də muğam, aşıq səsi, Azərbaycan dili o torpaqlarda eşidiləcək. Bundan böyük xoşbəxtlik ola bilməz. Hesab edirəm ki, o torpaqlardan didərgin düşmüş insanların çoxu bu günü görmədi, həlak, şəhid oldu. Onların da ruhu şad olsun. Allah bizim qazilərimizə şəfa versin, şəhidlərimizə rəhmət eləsin, qəbirlərini nurla doldursun. Qoy Azərbaycan bayrağı daim dalğalansın. Rəşadətli Ordumuz torpaqlarımızın keşiyində daim dursun. Ali Baş Komandanımız bizim ordumuza hər zaman rəhbərlik etsin.  Doğrusu, atamın bir tərəfi Cəbrayıldandı, nənəm cəbrayıllı qızıdı. Arzum var ki, gedib Cəbrayılı və digər ərazilərimizi görüm. Mənim ad günümdə ən böyük hədiyyə budur. Həmin xəyallarla, sevinclə yaşayıram”.  

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …