Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / “Müflis oldum, övladlarımla kirayələrdə yaşayıram” – Nazim İbrahimovun qardaşı

“Müflis oldum, övladlarımla kirayələrdə yaşayıram” – Nazim İbrahimovun qardaşı

“Barəmdə cinayət işi var, biznes fəaliyyətimə qadağa qoyulub, ev dustaqlığındayam”.

Bu barədə musavat.com-a Diaspora ilə İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı Sahib İbrahimov bildirib. O vurğulayıb ki, bu yaxınlarda əvvəldən tikdirdiyi bir əmlaka qeydiyyat çıxarışı almaq istəyib: “Xahiş elədim ki, şəxsiyyət vəsiqəmi versinlər, etibarnamə verim yaxınlarıma. Ona da icazə vermədilər ki, cinayət işi yekunlaşmamış olmaz”.

Sahib İbrahimov evlərini, maşınlarını girov qoyub banklardan kredit götürdüyünü deyib: “Məqsəd mənə məxsus olan və Səttar Bəhlulzadə 14 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının sökülməsi, orada yaşayan insanları başqa yerlərdə evlə təmin etmək olub. Nəticədə 5 milyon dəyəri olan evimi 1 milyon qiymətləndirib əlimdən aldılar. Övladlarımın, özümün evlərimizi aldılar. Hamımız bilirik ki, Azərbaycanda dəyəri 10 milyon manat olan əmlakı ən yaxşı halda 2-3 milyona qiymətləndirib girov kimi qəbul edirlər. Bizim də əmlaklarımızı elə qiymətləndirdilər, ödəniş etmədiyimizə görə əlimizdən aldılar. İndiyədək də bir neçə banka külli miqdarda borcum yığılıb, heç bilmirəm onu necə ödəyim… İki övladımı keçən idən çıxarıblar, biri qalırdı. Onun da ödənişini 10-15 gün yubatmışdıq deyə məktub yazdılar ki, daha məktəbə gətirməyin. Bu, mənə çox pis təsir etdi, necə ola bilər ki, bu qədər alacağım ola-ola 500-600 manata görə mənim uşağımı məktəbdən çıxarsınlar?! İnsaf da yaxşı şeydir axı… Bütün evlərim, uşaqlarımın yaşadığı evlər, maşınlarımız əlimizdən gedib, kirayələrdə qalmışıq…”.

Həmçinin oxuyun

Hüseynbala Mirələmov: “Hadi Rəcəbli 70 illik dostum idi”

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin sabiq deputatı Hadi Rəcəbli 76 yaşında dünyasını dəyişib. …