Ana səhifə / Cəmiyyət / Müdafiə Nazirliyi əsgər anasına göndərilən məktuba aydınlıq gətirdi

Müdafiə Nazirliyi əsgər anasına göndərilən məktuba aydınlıq gətirdi

Müdafiə Nazirliyi əsgər anasına göndərilən və sosial şəbəkələrdə yayılan məktuba aydınlıq gətirib.
Nazirlikdən “Qafqazinfo”ya bildirilib ki, məktubun tərtibatı zamanı mexaniki səhvə yol verilib.
“Bildiririk ki, düzəliş olunaraq məktub valideynə yenidən göndərilib. Yol verilən mexaniki səhvə görə valideyndən üzr istəyirik”, – deyə nazirliyin açıqlamasında qeyd olunur.
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Müdafiə Nazirliyinin Tibb  Baş İdarəsinin  müalicə-profilaktika şöbəsinin rəisi tərəfindən  Vətən müharibəsində yaralanmış hərbi qulluqçu Şahin Qulieyevin  anasına göndərilən məktub yayımlanıb. Sözügedən idarənin şöbə rəisi Firuddin Nəbiyev tərəfindən göndərilən cavab məktubunda hərbi qulluqçunun ad soyadı yanlış qeyd edilib. Belə ki, məktubun əvvəlində hərbi qulluqçunun adı düzgün yazılsa da, sonradan o  Azər Əliyev kimi təqdim edilib. 

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …