Ana səhifə / Cəmiyyət / Mübariz Qurbanlı: “Aşura günü hələ ki, QMİ-nin fətvasından kənara çıxmalar olmayıb”

Mübariz Qurbanlı: “Aşura günü hələ ki, QMİ-nin fətvasından kənara çıxmalar olmayıb”

“Əvvəllər bəzi məscidlərdə Aşura günü qançıxarma hallarına yol verilirdi. QMİ-nin təşəbbüsü ilə qanvermə aksiyasının keçirilməsinə başlanandan bu hal aradan qalxıb”.

“Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Aşura günü münasibətilə keçirilən qanvermə aksiyasında deyib.

Komitə sədri deyib ki, Aşura günü yerlərdə hələ ki, heç bir insident, QMİ-nin fətvasından kənara çıxmalar olmayıb.

M.Qurbanlının sözlərinə görə, Azərbaycanın təşəbbüsü Türkiyə, İran və digər müsəlman ölkələrində də müsbət qarşılanıb və yayılıb.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …